İntihar edən 17 yaşlı Ruhinin həyat hekayəsi

İntihar edən 17 yaşlı Ruhinin həyat hekayəsi

Gəncədə ali məktəbə daxil ola bilmədiyi üçün intihar edən 17 yaşlı Ruhin Bədəlov haqda yeni məlumatlar üzə çıxıb

Yaxın qohumunun musavat.com-a verdiyi məlumata görə 1998-ci il təvəllüdlü, Ruhin Mayıs oğlu Bədəlov imkanlı ailənin yeganə övladı olub. 

Onun atası Gəncədə tanınmış zərgərdir. 

Deyilənə görə, Ruhin çox sakit təbiətli, mədəni, həyatsevər biri olub. Yeganə nəvə olduğundan nənəsi həmişə onun yüksək ali təhsilli gənc olmasını arzulayıb. Bu səbəbdən o, Ruhini “prezident balam” deyə çağırarmış. Ata-anası da Ruhinin ali məktəbə daxil olması üçün illərlə ona təsir ediblər. 

Nəhayət, iyulun 25-də Azərbaycanda II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında Ruhin də iştirak edir. İmtahanların nəticələrini böyük səbirsizliklə gözləyən Ruhin topladığı bal haqda xalası nəvəsinin toyunda bilir - cəmi 200 bal. Bu nəticəni gözləməyən Ruhin anlayır ki, ali məktəbə daxil ola bilməyib. Şahidlərin dediyinə görə, xəbərdən sarsılan Ruhin dərin depressiyaya düşür, toyun yarısından çıxaraq tələsik evə gedir və yaşadığı evdə özünü asaraq intihar edir.

Yeganə övladlarının faciəsi ilə qarşılaşan ata və ana şoka düşürlər. Gəncin intiharı hər kəsi sarsıdır, çalınan toy da yarımçıq saxlanılır. Beləcə, iyulun 28-də 17 yaşlı Ruhin torpağa tapşırılır. Yeganə balasını itirən ana hələ də oğlunun intiharına inanmaq istəmir.

Son günlər ali məktəbə daxil ola bilmədiyi üçün intihar edən gənclərin sayı artıb. İmtahanlarda yetərli nəticə göstərə bilməyən gənclər valideynlərinin, yaxınlarının qınağına tuş gəlməmək üçün intihar edirlər. Psixoloqlar da bildirirlər ki, valideynlər və cəmiyyət uğursuzluqla qarşılaşan gənclərə hərtərəfli mənəvi dəstək versələr bu cür faciələr yaşanmaz.


OXŞAR XƏBƏRLƏR

Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər həbs edildi

Antalyanın Kəmər rayonunda Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin (48) bıçaqlanması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 8 ...

81 yaşlı aktrisa gənc qızlara meydan oxuyur - FOTO

Nebahat Çehre sosial media hesabındakı paylaşımı ilə gündəm olub.   Sfera.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, 81yaşlı aktrisa gümüşü ...

Zidan ərəblərin təklifini qəbul etmədi

Zinəddin Zidan "Əl-Hilal"a rəhbərlik etmək istəməyib.   Sfera.az "Footmercato"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbista...

Bulvarda təntənəli tədbir keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı "Dinamo" meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib. ...

İyunda fəlakətli uğursuzluqla üzləşəcək BÜRCLƏR

Astroloqlar, proqnozlarına görə, bu ayın çətin keçəcəyi bürcün əlamətlərini müəyyən ediblər.   Sfera.az-ın məlumatına görə, iyun ayı Dolça bürcləri ü...

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu - Xəsarət alan var

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb. ...