“Mən Qarabağ adından danışa bilmərəm” –Paşinyan danışıqlardan necə qaçır?
09:15 / 13.02.2019
3744
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 12-də öz hökumətinin proqramını Milli Məclisə təqdim edərkən həm də Dağlıq Qarabağ məsələsinə toxunub.
Sfera.az xəbər verir ki, o Qarabağın öz taleyinin müəyyənləşdirilməsində həlledici rol oynamasının İrəvan üçün son dərəcə mühüm olduğunu deyib.
Paşinyan mayın 9-da baş nazir postunu qəbul edəndən sonra Xankəndində verdiyi bəyanatı bir daha təkrar edib və yada salıb ki, o, Ermənistanın baş naziri kimi Ermənistanın adından danışıqlar aparmağa hazırdır və aparmalıdır, lakin Qarabağın adından danışıqlar apara bilməz. O bir daha vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olaraq qalır:
"Mahiyyət etibarilə bizim üçün vacib məsələlərdən biri də Artsaxın danışıqlar prosesində tammiqyaslı iştirakıdır. Bu tarix və bu yanaşma yeni deyil və keçmişdə baş vermiş məlum hadisələr var. Bu vaxt ərzində müəyyən məzmun yaranıb”.
Qeyd edək ki, Nikol Paşinyana hücumların artması Paşinyanı geri çəkilməyə vadar edib.