Çin Rusiya iqtisadiyyatını necə çökdürür? – Araşdırma
20:29 / 12.02.2019
3562
Olqa Solovyova
Nezavisimaya gazeta, 11.02.2019
Rusiyanın Çinlə qarşılıqlı ticarətinin stukturu son 20 ildə tanınmaz dərəcədə dəyişilib. Çinə Rusiya maşınları və avadanlıqlarının tədarük payı on dəfələrlə azalıb və bu yeri ən ibtidai xammal malları tutub. Çin isə bu dövrdə Rusiya üçün yüksək əlavə dəyər vergisiylə mürəkkəb məhsul tədarükçüsünə çevrilib. İndi onun eksportunda geniş istehlak malları deyil, maşın və avadanlıqlar üstünlük təşkil edir.
Ekspertlər qeyd edirlər – Rusiya neft pullarını yeməyə xərcləyincə Çin öz iqtisadiyyatını fəal inkişaf etdirib və modernləşdirib. Rusiyanın ÇXR-ə ixracat strukturu ən yaxın 20 ildə daha çox xammal və ibtidai olacaq. Federal Gömrükxana Xidmətinin (FGX) məlumatlarından çıxdığı kimi, 2018-in yekunlarına görə, iki ölkənin qarşılıqlı ticarəti 100 milyard dollarlıq həddi aşıb və 108 milyarddır. Moskva ən qiymətli bu rəqəmə doğru uzun müddət irəliləyib. Belə planlar Rusiya prezidenti Vladimir Putin tərəfindən hələ 2014-də səsləndirilib, amma buna belə də nail olunmamışdı.
Rusiya məmurları Çinlə qarşılıqlı ticarətin uğurlarını vurğulamağı xoşlayırlar. Deməli, bazar ertəsi Kənd Təsərrüfatı Nazirliyində quş ətinin tədarükü haqda Səmalar ölkəsiylə anlaşma əldə edildiyi haqda məlumat veriblər. RF kənd təsərrüfatı nazirinin müavini Oksana Lut ilk tədarüklərin artıq başlandığını qeyd edərək deyib: "Ötən ilin sonunda bizim süd və quşçuluq məhsullarının Çin ərazisinə tədarük imkanları haqda çinli tərəfdaşlarımızla protokol imzalamışıq”.
Qaldı ki, süd məhsullarına, Lutun sözlərinə görə, bu, ola bilsin, artıq bu ilin ortalarında Çinə göndərilməyə başlanacaq.
Kənd Təsərrüfatı Nazirliyinin başçısı Dmitri Patruşev qabaqlar məlumat verib ki, Rusiya Çinə əsasən balıq, dəniz məhsulları, bitki yağları, soya və şokolad göndərir. Rusiya aqrarçıları isə Səmalar ölkəsinə taxıl bitkiləri, un, yağ-piy məhsulları və şəkər tədarükü həcminin artırılmasında maraqlıdırlar.
Qeyd edək ki, Rusiyanın Səmalar ölkəsinə kənd təsərrüfatı məhsulları tədarükünü artırmağa ümid etdiyi birinci il deyil. Amma RF hələlik bu bölümdə daha çox cüzi göstəricilər sərgiləyir. Məsələn, 2018-in yekunlarına görə, ərzaq malları və kənd təsərrüfatı xammalı Rusiyanın Çinə ümumi ixracat həcminin yalnız 4,5%-i təşkil edib. Bununla yanaşı, balıq, xərçəngkimilər və başqa mollyuskların göndərilməsi daha mənalı çıxıb. RF keçən ilboyu çinlilərə bu məhsuldan, demək olar, 1,5 milyard dollarlıq göndərib. Müqayisə üçün, dənli bitkilərə 25 milyon dollardan az düşüb ki, bu da ümumi ixracat həcminin, haradasa, 0,04%-idir.
Söz düşmüşkən, keçən ilin 12 ayının yekunlarına əsasən, Çinə ümumi ixracat illik ifadədə 44% artaraq 56 milyard dollar olub. Qabaqkı kimi, onun əsasını neft və başqa mineral yanacaqlar təşkil edib. Ümumi ixracatın 73,5%-i, yaxud 41 milyard dollar onun payına düşüb. Eyni zamanda karbohidrogenlərin qiymətinin artması üzündən tədarük pul ifadəsində natural ifadədən daha güclü artıb.
Həcmə görə, amma hiss olunacaq geriləmə ilə ikinci yerdə oduncaq və ondan məmulatlar durur. Rusiya Çinə 3,5 milyard dollarlıq oduncaq satıb ki, bu da ümumi ixracat həcminin 6,3 %-i təşkil edib. ÇXR-ə ağac stuldansa daha mürəkkəb məhsulların satış həcmi xeyli aşağıdır. RF, 2018-in yekunlarına görə, Səmalar ölkəsinə 1,5 milyard dollar, məxfi kod üzrə isə 1,1 milyard dollar məbləğində nüvə reaktorları və qazan satıb. Bütün maşınlar, avadanlıqları və nəqliyyat vasitələrinin tədarükü ümumilikdə və bütünükdə ÇXR-ə bütün ixracat strukturunun 3,26%-i təşkil edib. Tutuşdurmaq üçün: bir il qabaq bütün tədarüklərin 7%-dən bir qədər azı bunlara düşürdü.
Qeyd edildiyi kimi, Rusiya, 2018-in yekunlarına görə, Çinlə ticarətdə 10 il ərzində ilk dəfə xalis ixracatçı olub. Çindən idxal 52 milyard dollara yaxın olub. Bu qayda ilə, FGX-nin məlumatından çıxır ki, ötən il Çinə ixracat idxalatı, demək olar, 4 milyard dollar keçib.
Amma Səmalar ölkəsindən RF-yə tədarük strukturuna baxılsa, onda aydınlaşır ki, o, daha çox şaxələndirilib. Misalçün, bütün idxalın yalnız 27%-i idxal mallarının ən böyük qrupuna (elektrik maşınları, avadanlıq və hissələri) düşür. Nüvə reaktorları və qazanların tədarükünə 23%-ə yaxın, tekstil və ayaqqabıya 11%-ə yaxın, kimya sənayesi məhsullarına 10%-dən az, metala və ondan məmulatlara isə 7,75%.
Çin idxalı təkcə daha şaxələndirilmiş deyil, həm də daha texnolojidir. Özəlliklə də mobil telefonların idxalatı dəyər ifadəsində 6,4 milyard dollar, bilgisayarlar, demək olar, 4 milyard dollar, avtomobillər üçün komplektləyicilər 1,1 milyard dollardır. Yeri gəlmişkən, çinlilər RF-yə elə həmin məbləğdə velosiped və diyircəkli araba satıblar.
"NG”-nin ekspertləri iki ölkənin ticarət strukturunda yaranmış bölgünü dövlətlərin özünün inkişaf özəlliklərinə bağlayırlar. "Alpari” şirkətinin analitik mərkəzinin direktor müavini Anna Kokaryeva deyir: "ÇXR iqtisadiyyatı son 20 ildə daha sürətlə gəlişib. Bunun sayəsinə ki, bütün sahələrdə inkişaf gedib, ölkə bu gün yüksək əlavə dəyər vergisiylə xaricdə tələb olunan malların geniş siyahısını istehsal edir”. O, davam edir – Rusiyada isə son 20 ildə yalnız neft-qaz sektoru fəal inkişaf edib, buna görə ixracat da, əsasən, enerji daşıyıcılarından ibarətdir.
"Veta” ekspert qrupunun direktoru Dmitri Jarski deyir: "Çin – iqtisadiyyatın inkişafının xammal ixracatının inkişaf potensialının yoxluğundan diktə olunan ölkədir ki, bu da özlüyündə emal sektorunun inkişafı üçün ilkin şərtlər yaradır. Ölkə xarici yatırımlar üçün müstəsna şərait yaratmaq hesabına inkişaf təkanı əldə edib. Yəni dövlət istehsalatı, baş tutmağı bacarmayan satış bazarlarını öz ərazisində başlatmaqla sənayenin inkişafına sözdə deyil, əməldə təkan verib”.
O, qeyd edir – texnologiyalara, intellektual kapitala yatırım – Çin iqtisadiyyatını bu gün necə varsa, belə edib və bu, ölkəmizdə son dərəcə çatışmır.
"Finam” şirkətinin analitiki Aleksey Korenyev əmindir ki, Rusiya isə ancaq təbii resursların ixracatına yönəlmiş iqtisadiyyata malikdir. O, yada salır: "Hətta iqtisadiyyatın dərin islahatına və indiki çəpliklərin düzəldilməsinə yönəldilməsi mümkün olan neft dollarının ölkəyə axışdığı bərəkətli sıfırıncı illər ərzində bu pullar əsasən istehlakın artımına getdi. Başqa sözlə, biz onu, sadəcə, gəmirdik. İqtisadiyyat isə resursların satışı hesabına yaşadığı kimi də yaşamağı sürdürür”.
Analitik düşünür – hətta neftin böyüyən qiymətlərin hesabına bir qədər "piy” yığmağı bacarsaq da, yalnız konyunktura ölkə üçün növbəti dəfə əlverişsiz olarkən "yırtıqları tələsik yamamaq” üçün vəsait götürəcəyimiz təhlükəsizlik balıncı yaradırıq. O əmindir: "Belə bir siyasətin davamı nəyə gətirər? Heç bir tədbir görülməsə, Rusiyanın bundan sonra xammal əlavəsinə çevrilməsinə”.
Jarski fikir yürüdür: "Perspektivdə Çinə ixracatı şaxələndirmək üçün ÇXR-ə maraqlı olacaq (neft və meşədən savayı) nəyinsə istehsalına başlamaq gərəkdir”. O gileylənir – bunun üçün sənayenin inkişafna pul qoymaq lazımdır, təəssüf ki, bu, baş vermir.
Kokaryevanın fikrincə, RF-nin perspektivləri azdır. O, hesab edir ki, Rusiyanın ən yaxın onillikdə Çin istehsalçılarıyla rəqabət apara biləcəyinə güman yoxdur. İqtisadçı proqnozlaşdırır: "Ən yaxın 20 ildə RF-dən ÇXR-ə əsas ixracat malları qaz və neft olacaq. Enerji daşıyıcılarının tədarük həcmi uyğun infrastrukturun inşası başa çatdıqca artacaq. Çin ixracatının strukturu isə qabaqkı kimi daha şaxələndirilmiş və daha sabit olacaq”.
Tərcümə Strateq.az-ındır.