Şəhidin sevgilisi üsyan etdi: "Vətən sağ olmasın" - FOTO
18:39 / 01.08.2015
1917
Türkiyədə terror hadisələri bitmək bilmir.
Türkiyə artıq 9 gün ərzində 14 şəhid verib. Bu gün daha 3 əsgər PKK tərəfdarları ilə atışmada şəhid olub. Dünən şəhid olmuş Ziya Sarpkayanın cənazə mərasimində isə çox təsirli anlar yaşanıb. Mərasimdən 1 gün sonra şəhidin sevgilisi Fatma, acısını dilə gətirib: "Vətən sağ olmasın. Başqa canlar, yarım qalanlar olmasın. Bu necə bir acıdır? Rəbbim səbr ver mənə. Ümid edirəm qanı yerdə qalmayacaq. Onun üçün dua edin".
Qeyd edək ki, PKK ilə mübarizə davam edir. Şimali İraqdakı PKK hədəfləri hər gün bombalanır. Ölkə daxilində isə 1300 nəfər həbs edilib. 1 ay ərzində 700-dən çox PKK-lı isə təslim olub. /file/articles//file/articles/Bizimyol