Azərbaycan bu bitkidən çoxlu pul qazanacaq - 1 kiloqramı 11 min dollardır - VİDEO

Azərbaycan bu bitkidən çoxlu pul qazanacaq - 1 kiloqramı 11 min dollardır - VİDEO
Abşeron zəfəranı dünyada ən bahalı vegeterian məhsullar arasında 3-cü yerdə qərarlaşıb.

Bununla bağlı xarici mediada hazırlanmış məqalədə qeyd edilib ki, 1 kiloqram Abşeron zəfəranının qiyməti dünya bazarında 11 min dollardır. Rəqəmlərə əsaslansaq, bu bitkinin ölkəyə xarici valyuta cəlbi baxımından böyük payının ola biləcəyini deyə bilərik. Hazırda isə zəfəranın əkin sahələri çox azdır. Qarşıdakı illərdə dövlət proqramının həyata keçirilməsi planlaşdırılır.

Ölkəmizdə yetişdirilən Abşeron zəfəranı 12 ən bahalı vegetarian məhsul arasında 3-cü yeri tutub. "Luxurylaunches" saytında bu haqda yazılan məqalədə qeyd olunur ki, 1 kiloqram Abseron zəfəranının qiyməti 11 min dollardır. Məqalədə vurğulanır ki, Azərbaycan zəfəranının sənaye istehsalı sayəsində ildə 142,6 milyon dollar qazana bilər. 0,5 kiloqram quru zəfəranın alınması üçün 75 mindən çox çiçəkdən istifadə olunur.

Ölkəyə külli miqdarda valyutanın cəlbi baxımından bu bitkinin əkin sahələrinin genişləndirilməsi olduqca vacibdir. Amma statistikaya əsaslansaq, zəfəranın əkin sahələri SSRİ dövrü ilə müqayisədə təxminən 30 dəfə azdır. Əvvəllər Azərbaycanda ildə 600 kq zəfəran istehsal olunardı, hazırda bu rəqəm çox cüzidir.
 
Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə qeyd edib ki, Kənd Təsərrüfati Nazirliyi zəfəran istehsalının genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. İlk növbədə Bakıətrafı qəsəbələrdə ərazisi geniş olmayan həyətyanı sahələrdə bitkinin əkilməsi təşviq edilir.

Firdovsi Fikrətzadənin sözlərinə görə, hazırda Azərbaycanda zəfərana olan tələbat daha çox İrandan ucuz idxal hesabına ödənilir. Halbuki yerli məhsulun keyfiyyəti nəinki İran, hətta İspaniya və İtaliyada yetişdirilən zəfəranın keyfiyyətindən də yüksəkdir.

Görünən odur ki, qarşıdakı illərdə zəfəran ölkəyə xarici valyuta cəlb etmək baxımından önəmli rol oynayacaq.



OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...