126 kq idi - bu üsulla 2 dəfə arıqladı - FOTO

126 kq idi - bu üsulla 2 dəfə arıqladı - FOTO
Danimarkada yaşayan Matilda Broberq uşaq vaxtından həmişə kök olub.

 
22 yaşında onun çəkisi artıq 126 kq çatıb və qız arıqlamağa qərar verib.

Sfera.az saglamolun.az-a istinadən bildirir ki, ilk növbədə Matilda konfet, fastfud, bulka və hətta şirin meyvələrdən imtina edib. Beyini aldatmaq üçün qız xörək qaşığı əvəzinə çay qaşığından, böyük boşqablar əvəzinə kiçik boşqablardan istifadə etməyə başlayıb. Bu ona daha asta yeməyə və az qida ilə doymağa kömək edirdi.

Birinci ay çox çətin keçdi. Lakin daha sonra Matildanın mədəsi kiçilməyə başlayıb və o, az yemək yeməyə öyrəşib.

1,5 il ərzində Matilda 126 kq-dan 63 kq qədər arıqlayıb. Lakin bunun nəticəsində yeni problem yaranıb - dəri sallanmağa başlayıb. Artıq dəridən xilas olunmaq üçün Matilda cərrahi əməliyyatdan keçib.

Daha sonra qız idmanla məşğul olmağa başlayıb və idman o qədər onun xoşuna gəlib ki, Matilda oxuduğu memarlıq institutunu ataraq peşəkar məşqçi olub.
 

 

 


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...