Nazirlikdən şad xəbər: Maaşlar yenə də artacaq

Nazirlikdən şad xəbər: Maaşlar yenə də artacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özəl sektor işçilərinin minimum əmək haqlarını artımla alacaqları mövzusu ilə bağlı açıqlama verib.

Nazirliyin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlər üçün keçirdiyi brifinqdə özəl sektorun bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquq şəxs statusunda olan ticarət sahələrində çalışanların əmək haqlarının minimum əmək haqlarına uyğun veriləcəyini deyib. Onun sözlərinə görə, bu cür şəxslərin sayı 150 min nəfərdən çoxdur.

O bildirib ki, minimum əmək haqqı davamlı olaraq artırılacaq və məbləğin real səviyyəyə uyğunlaşdırılması təmin olunacaq.

Nazirlik rəsmisi əlavə edib ki, beynəlxalq təcrübədə əmək haqlarının paket şəkilində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir: "Minimum əmək haqqının artırılmasını qeyri-rəsmi məşğulluğun aradan qaldırılması kimi qəbul etmək lazımdır. Çünki bu zaman əmək haqqının qeyri-rəsmi verilən hissəsi rəsimləşmiş olur. Buna səbəb işəgötürənin ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməsidir. Qeyri-rəsmi verilən əmək haqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxil olmalar azalır. Büdcəyə daxilolmalar artıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır".

O qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əmək haqqı verirlər: "Bu düzgün yanaşma deyil. İndiki halda işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əmək haqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq".

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamı ilə 450 min şəxsin əmək haqlarında təxminən 30 faiz artım olub. Minimum əmək haqqı 180 manata çatdırılıb. Maaş artımı ümumilikdə 600 mindən artıq işçini əhatə edir.

Report.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...