Bakıda suçiçəyinə bənzər virus yayılıb

Bakıda suçiçəyinə bənzər virus yayılıb
Artıq bir müddətdir ki, Bakıda koksaki adlı virus yayılmağa başlayıb. 

Daha çox uşaqlarda rast gəlinən bu xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə özünü səpkilərlə biruzə verir. Səpkilər əsasən ovucda, ağız ətrafında, dizdə və bədənin büküş hissələrində yaranır.  

Səpkilər formasına görə suçiçəyinə bənzəsə də, həkimlər bu virusu fərqləndirirlər. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə  açıqlamasında bildirib ki, virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

"Hələ ki, koksaki virusuna bizdə rast gəlinməyib. İndiyə kimi bu virusla bağlı müraciət edən də olmayıb”.

Rəsmi olaraq təkzib edilsə də, həkimlər xəbərdarlıq edir ki, virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər.

Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Xəstə halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ isə virusa yoluxan şəxsin çoxlu miqdarda maye qəbul etməsidir."Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...