"Qalatasaray" "Trabzonspor"a qalib gəldi
İdman
09:56 / 11.02.2019
2695
Türkiyə Super Liqasında XXI tura start verilib. Həftənin oyunları 4 gün ərzində keçirilir.
İlk oyun günündə sadəcə bir qarşılaşma baş tutub. Alt sıraların daimi sakinləri "Fənərbaxça” ilə "Kayserispor” ikincilərin meydanında üz-üzə gəliblər. Matçın taleyini Kayseri təmsilçisinin son dəqiqələrdəki 1 qolu həll edib.
Şənbə günü daha 3 matç keçirilib. Lider "Başakşəhər” autsayder "Ərzurumspor”la xalları yarı bölüb. "Beşiktaş” isə "Bursaspor”u məğlub edib.
"Qalatasaray” isə "Trabzonspor”u öz meydanında üstələyib.
Türkiyə Super Liqası
XXII tur
8 fevral
"Kayserispor” – "Fənərbaxça” - 1:0
Kravets, 87
9 fevral
"Başakşəhər” – "Ərzurum BB” - 1:1
Opset, 11 (avtoqol) - Egemen, 74
"Rizəspor” – "Antalyaspor” - 1:1
Vedat Muriç, 6 - Mevlüt Erdinç, 68
"Beşiktaş” – "Bursaspor” - 2:0
Burak Yılmaz, 41, 62
10 fevral
"Konyaspor” – "Yeni Malatyaspor” - 1:1
Yahoviç, 85 (pen.) - Aleksiç, 74
"Göztəpə” – "Alanyaspor” - 3:2
Kadah, 20, Borqes, 31, Gilas, 89 - Tzavellas, 42, Sisse, 74
"Qalatasaray” – "Trabzonspor” - 3:1
Dian, 19 (pen.), Belhanda, 44, 52 - Rodalyeqa, 30
11 fevral
21:00. "Ankaragücü” – "Kasımpaşa”
21:00. "Sivasspor” – "Akhisarspor”
Turnir cədvəli