Həbib-Konor döyüşü Hamburqda təkrarlandı - Video

Həbib-Konor döyüşü Hamburqda təkrarlandı - Video
Almaniyanın Hamburq şəhərində Qarışıq Döyüşlər Üzrə çempionluq uğrunda yarışda həyəcanlı anlar yaşanıb.

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, rinqə çıxan Feliks Şiffarz və türk əsilli Ömer Solmaz üz-üzə gəlib. Gərgin keçən döyüşün son anlarında rəqibinin sinəsində oturan Ömər Solmaz dayanmadan ona yumruq zərbələri endirməyə başlayıb. Bu zaman F.Şiffarzın komanda yoldaşları "məğlubiyyəti qəbul edirik” anlamında rinqə ağ dəsmal tullayıb. Ömər Solmaz isə rəqibinə yumruq zərbələri endirməkdə davam edib. Buna etiraz olaraq Feliks Şiffarzın komanda yoldaşları özlərini rinqin içinə atıblar. Hakim Ömər Solmazı onların hücumundan qorumağa çalışıb. Buna cavab olaraq türklər də özlərini rinqə atıb. Qarşıdurmada 30 nəfər iştirak edib. Türk tərəfdarlar rinqə Türkiyə bayrağı ilə çıxıb.

Qeyd edək ki, mömin müsəlman kimi saqqal saxlayan Ömər Solmaz Almaniyanı təmsil edir. Yəni, o, Almaniyada yaşayan türklərdən biridir.

Hazırda bu döyüş Almaniya mediasının diqqət mərkəzindədir. Həmin həyəcanlı məqamları özündə əks etdirən video-çəkilişlər Yutub üzərindən izləmə rekordları qırır.

Almaniya mediası Hamburqda baş verən bu döyüşü Las-Veqas döyüşü ilə müqayisə edir. Xatırladaq ki, 2018-ci il oktyabrın 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş sonuncunun möhtəşəm qələbəsi ilə başa çatdı.

Qarşılaşma təkcə rinqlə məhdudlaşmadı. Qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə atıldı və onlarla dalaşmağa başladı. Sonda onun komandasının üzvləri ilə Makqreqor və komandasının üzvləri arasında kütləvi xarakter alan dava başladı. Həmin döyüşü əks etdirən kadırlar indi də İnternetdə dolaşmaqdadır.




OXŞAR XƏBƏRLƏR

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli ...

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...