Dünyanın ən təhlükəli qadınları- Fotolar

Dünyanın ən təhlükəli qadınları- Fotolar

Onlar dünyanın ən təhlükəli qadınları, həm də ən cazibədar qadınlarıdır. Onlar dünyanın ən tanınmış idmançılardıdır. Son illər qarışıq döyüş sənəti olan MMA  dünyada daha da populyarlaşıb. Bu idman növündə son illər qadınlar da öz güclərini sınayır. Artıq qadınlar arasında bu idman növü o qədər populyarlaşıb ki, bir neçə ildir ki, artıq qadınlar arasında beynəlxalq yarışlar da keçirilir.

 

Bu gün ölkəmizdə də qızlar bu idman növü ilə məşğul olurlar.  Qarışıq döyüş sənəti və ya MMA, tez-tez dünyada ən sürətli böyüyən idman adlanır. Dünyanın ən ağır idman növlərindən biri olan MMA-da qızların sayı durmadan artır. Bu idman növünün inkişaf etdiyi ölkələrdən biri də Rusiyadır. Bu gün Rusiyada MMA idman növü ilə məşğul olan peşəkar döyüşçülər var.

 

Rusiyalı Yana Kunitskaya, Anastasiya Yanqova,  Zaira Dyshekov kimi idmançılar artıq bütün dünyada məşhurdurlar .

Rusiyalı dünya çempionu Yana Kunitskaya t bu titulunu cəmi  13 gün qoruya bildi.  Çünki 18 noyabr 2016-cı il tarixində məşhur idmançının  nəticəsi ləğv edildi. Yana Kunitskaya kiçik yaşlarından   idmanla məşğul olub. O taekavando üzrə Rusiya çempionu da olmağı bacarıb. Bir müddət muay tay idman növü ilə məşğul olan Yana bu gün dünyanın qadın idmançılar arasında  top-onlukda yer alır.

 

MMA idman növündə daha bir məşhur  Ronda Rauzidir.   UFC prezidenti Dana White, idmandan getdiyini açıqlayan  amerikalı Ronda Rauzi yenidən bu idmana qaytarmağa razı sala bilib. Time jurnalı 2016-cı ildə Rauzi dünyanın ən nüfuzlu 100 nəfərdən biri kimi təqdim edirdi.

 

Həyatı qalmaqallarla dolu olan  31 yaşlı Ronda Rauzin bu idman növünü seçməsində anası yardımçı olmuşdu. Doğuşda aldığı travmadan 6 yaşına qədər yeriyə bilməyən Ronda anasının  ona verdiyi inam nəticəsində həyata baxışı dəyişir. Ronda 8 yaşında olanda daha bir şok yaşayır. Atası intihar edir. Rondanın anası Anna Maria De Mars cüdo üzrə dünya çempionu olan  ilk amerikalı idi. O anasının təkidi ilə judo ilə məşğul olmağa başlayır.  O həyata inamı sayəsində peşəkar idmana qədəm qoyur. Uzun müddət barmen işləyən Ronda, idman üçün hər şeydən keçməyə hazır idi. Bu inam nəticəsində o cudo idman növündə olimpiada da medal qazanan ilk amerikalı idmançı kimi tarixə düşür. Bir müddət sonra MMA idman növünə keçən Ronda bu idman növündə   də məşhurlaşır. Bir neçə dəfə çempion olan Ronda artıq Hollivud rejissorlarının diqqətini çəkir. Artıq peşəkar idmançı  Hollivudun ən çox çəkilən aktrisalarından biridir.  Rondanı Amerikada döyüş üslubuna görə məşhur boksçu Mayk Taysona bənzədirdilər.  Bu gün Ronda dünyada ən çox reklam təklifi alan qadın idmançılardan biridir.

 

Bu gün dünyada  sevilən MMA döyüşçülərindən biri də rusiyalı Anastasiya Yanqovadır.  O professional kikboksinq üzrə həvəskarlar arasında Tay boks üzrə çempion olan ilk rusiyalı qadındır. MMA idmanı ilə məşğul olan 27 yaşlı idmançı həmdə  televiziyada bu idman növünü şərh edir. Peşəkar idmanda ağır zədələr alsada o idmandan getmək fikrində deyil.  Anastasiya bu idman növündə bu gün də ən sevilən idmançılardandır.

Onlar gözəllikləri ilə hər kəsi valeh etsələr də, döyüşlərdə qəddarlıqları ilə seçilirlər.






OXŞAR XƏBƏRLƏR