Şok araşdırma: XXI əsrdə suyun rəngi dəyişəcək

Şok araşdırma: XXI əsrdə suyun rəngi dəyişəcək

ABŞ-dakı Massaçusets texnologiya institutunun araşdırmaçıları dünya okeanındakı qlobal dəyişikliklərlə bağlı geniş analizlər aparıblar. Müəyyən olunub ki, bu əsrin sonuna kimi okeanlarda suyun rəngi daha açıq olacaq.

 

Sfera.az xəbər verir ki, suyun rəngi oradakı mikroorqanizmlərə görə dəyişir.Fitoplanktonlarda xlorofil olur ki, bu da yaşıl rəng verir. Harada fitoplanktonların sayı çoxalarsa orada sular daha tünd yaşıl rəng alacaq. Həyat əlamətləri olmayan bölgələrdə isə daha mavi olacaq. Çünki su mavidən başqa bütün rəngləri udur.

 

Tədqiqat nəticəsində aydın olub ki, 21-ci əsrin sonunda dünya okeanında suyun rəngi dəyişəcək. Subtropik bölglərdə fitoplanktonların sayını azalması suyun rəngini maviyə doğru dəyişəcək. Qütblərdə isə mavidən yaşıla doğru. Çünki qlobal istiləşmə nəticəsində qütblərdə filoplanktonların sayı artacaq.

Alimlər bu dəyişikliyi faicəvi dəyərləndirirlər. Belə davam edərsə bir çox fauna və flora nümunəsi yoxa çıxacaq.


OXŞAR XƏBƏRLƏR