“Azadlıq Residence”-dən ŞİKAYƏT! Onlarla insan aldadılıb - 100-dən çox tikinti şirkətinin FIRILDAĞI

“Azadlıq Residence”-dən ŞİKAYƏT! Onlarla insan aldadılıb - 100-dən çox tikinti şirkətinin FIRILDAĞI
Ötən il Prezident Administrasiyasına 100-dən çox tikinti şirkətindən şikayətlər daxil olub.

Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir" adlı məqaləsində deyilir.

2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət ediblər. Bunlardan "Hermes-S”, "Murad M.S.”, "İnteks”, "Grand Plaza”, "Elite City”, "N Turan”, "Pearl Construction”, "TFM Smart Project”, "Fədək”, "Sizin mənzil”, "NV Construction”, "Dönüş-1”, "MVVL Verus Praedium”, "Azadlıq Residence”, "Pilot-1", "FVS İnşaat”, "Rahatlığın məkanı”, "Poleks”, "Park Bayil”, "İnşaat Konstruksiyaları", "Draft Construction”, "Qlobal-SF”, "Malibo”, "Avrasiya Construction”, "İnkişaf-S”, "SKY Residence”, "Xəmsə-İnşaat”, "Buta Qroup”, "Cavid 2016”, "Rahat Həyat”, "Qismət-M Construction”, "Archico” MMC-lər, "Sabah Residence”, "Best Construction”, "Regal Residence”, "Orbita”, "Merkuri”, "Pilot İnşaat A”, "Yeni ev-19”, "Məkan”, "EDİF”, "Mahal”, "Teymuroğlu”, "Olympus Park”, "Bəhrə”, "İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olub.

Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park”, "AAAF” yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.

Məqalədə qeyd olunur: "İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək.İqtisadiyyat.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...