Apple şirkətinin səhvini 14 yaşlı məktəbli aşkarladı

Apple şirkətinin səhvini 14 yaşlı məktəbli aşkarladı
Daha öncə məlumat verdiyimiz kimi, Apple şirkətinin təqdim etdiyi FaceTime tətbiqində nasazılıqlar aşkar edilib. Müəyyən şəxsin zəngə cavab verməzdən öncə, səsinin duyulması problemi ilə qarşılaşan Apple şirkəti tətbiqi yeniləməyə söz vermişdi. Budur Apple, FaceTime tətbiqini yeniləyərək qrup zəngləri zamanı meydana çıxan problemləri həll etdi. Eyni zamanda yaxın zamanlarda nasazlığı aşkarlayan məktəblini də mükafatlandırmağa hazırlaşır.

14 yaşlı Qrant Tompson ilk olaraq FaceTime zəngləri zamanı yaranan problemi aşkarladı. Dərhal Apple şirkətinə məktub yazaraq, nasazlıq barəsində məlumat verməyə çalışan məktəblinin səyləri nəticəsiz qalıb. Lakin Qrant, bununla qane olmayıb və Facebook və Twitter sosial şəbəkələrində postlar dərc edərək, şirkətə məlumatı çatdırmağa çalışıb. Nəhayət problem öz əksini KİV-də tapır və məlumatların mediada yer almasından sonra şirkət məsələnin həlli ilə bağlı reaksiya verib.

Hal-hazırda isə Apple şirkəti Tompsonun təhsili üçün qrant ayırmaq fikrindədir. Məktəbliyə təqdim ediləcək məbləğ haqqında hələ heç bir məlumat paylaşılmayıb. 

Bundan əlavə FaceTime modulunun sonuncu yenilənməsindən sonra iOS platformasında Live Photos funksiyasında problem aşkarlanıb. Apple bu funksiyanı daha əvvəl istifadəyə verilən iOS və macOS platformaları üzərindən fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Apple təchizatçılara ayrılan pul mükafatlarını Bug Bounty proqramı əsasında təqdim edir. Ayrılan pul mükafatlarının həcmi 25 min dollardan -200 minə qədər dəyişə bilir. Bu mükafatlar yalnız iOS platformasında aşkarlanan səhvlərin tapılmasına görə verilir.  2019-cu ildə Almaniyalı 18 yaşlı mütəxəssis Laynus Xentse macOS platformasının təhlükəslik problemi olduğunu aşkarlayıb. Lakin gənc Apple şirkətinə yardım etməkdən imtina etmişdir. Belə ki, macOS platformasının təhlili Bug Bounty proqramına daxil edilmədiyindən mükafatlandırılmır.banco

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...