Millinin sabiq müdafiəçisi həbs olundu

Millinin sabiq müdafiəçisi həbs olundu
Çexiya millisinin sabiq futbolçusu Tomaş Rjepka həbs olunub. "Vest Hem”, "Fiorentina” və "Sparta”da oynamış müdafiəçi fırıldaqçılığa görə 15 ay azadlıqdan məhrum edilib.

2016-cı ilin dekabrında bahalı avtomobili icarəyə götürən Rjepka sonradan onu satıb. O, avtomobilin yeni sahibinin adına keçməsindən sonra borcu ödəyəcəyinə söz verib. Lakin sabiq futbolçunun hələ də zəruri ödənişi etməməsi həbsi ilə nəticələnib.

Bu, Tomaşın ilk həbsi deyil. Bir neçə il əvvəl keçmiş həyat yoldaşının seks xidmətinin reklamı da ona baha başa gəlmişdi.

OXŞAR XƏBƏRLƏR