Sarkisyanın adamı Qarabağla bağlı sənədi İFŞA ETDİ: Yaxın vaxtlarda...

Sarkisyanın adamı Qarabağla bağlı sənədi İFŞA ETDİ: Yaxın vaxtlarda...
Ermənistanın Respublika Partiyasının (rəhbəri keçmiş prezident və baş nazir Serj Sarkisyandır –red.) mətbuat katibi Eduard Şarmazanov yeni hökumət proqramı ilə bağlı fikirlərini bildirib.

 Şarmazanov hökumət proqramının qeyri-müəyyən söz yığını olduğunu deyib.

"Bu, proqram deyil, hətta tostlar deyil. Bu, Paşinyanın yalanını təsdiq edən sənəddir.

Bu kədərli, qeyri-müəyyən söz yığınıdır, irəliləyiş haqqında heç bir konkret addım gözdən keçirilmir.

Hanı iqtisadi uçuş?

Hanı investisiya bumu?

Hanı "sehrli çubuq”?

Hanı yoxsulluğun kəskin azaldılması?

Hanı iş yerlərinin yaradılması?

Hanı iqtisadi artımın yüksək templəri?

Hanı maaşlar və pensiyaların kəskin artımı?

Heç biri yoxdur…

Amma axı Nikol Paşinyan bütün bunları vətəndaşlara söz verdi?

Söz verdi, amma birbaşa əksini etdi.

Nəticə birdir.

Bu proqram deyil, bu hətta tostlar toplusu deyil.

Bu, Nikolun yalanını təsdiq edən sənəddir.

P.S. Yaxın vaxtlarda populizm və yalanın yenisinə daha ətraflı müraciət edəcəyəm”, – Eduard Şarmazanov feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, fevralın 6-da Ermənistan hökumətinin proqram layihəsi elan edilib. "Joxovurd” nəşrinin yazdığına görə, 71 səhifəlik sənəd diqqətçəkən bir faktı təsdiqləyib.

Nəşrin yazdığına görə, söhbət Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin əvvəlki hökumətin proqramını praktik olaraq tamamilə təkrarlamasından gedir. Proqram 2018-ci ilin iyununda "məxməri inqilab”dan sonra parlamentdə təqdim edilmişdi.

Yeni proqram ən yaxın beş il üçün yazılıb və uzunmüddətli perspektivə göstərilmiş konkret göstəricilər var. Məsələn, iqtisadi artımın orta tempi ən azı 5 faiz təşkil etməlidir.

Sənəddə xarici siyasət sahəsində bir neçə diqqətçəkən aspekt var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində "Artsax”ın (Dağlı Qarabağ – red.) statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir. Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır.

Amma hökumətin proqramında qonşu Türkiyəylə münasibətlərin yaxşılaşması haqqında heç nə yoxdur, hərçənd Paşinyan ilkin şərtlərsiz bu ölkə ilə münasibətlərin qurulmasından daha əvvəl danışıb.Publika

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...