\"Bu günün gənci Vətənə sadiq və mübarizdir\" ÖZƏL-ŞƏRH

\
"Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar”. Bunu  SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

SƏS Media Qrupun rəhbərinin sözlərinə görə, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib: "Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi dövlət-gənclər siyasətinin əsasında dayanır. Aparılan dövlət-gənclər siyasətinin nəticəsidir ki, onlar bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər".

Qurum rəsmisi bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclərimizin uğurları təkcə ölkə daxilində deyil, xarici məkanda da diqqətdədir: "Ölkəmizdə gənclərinin sağlam ruhda inkişaf etməsi məqsədilə bölgələrimizdə idman mərkəzləri, olimpiya kompleksləri, gənclər evləri və müxtəlif dərnəklər açılır, onların asudə vaxtlarının səmərəli şəkildə keçməsi üçün lazımi infrastruktur yaradılır".

Baş redaktor onu da bildirib ki, bu günün gənci Vətənə sadiq və mübarizdir: "Biz bunun Aprel döyüşlərində də bir daha şahidi olduq. Belə ki, həmin vaxt Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı azad etməyə hazır olduğunu əməli ilə sübut etdi. Bu isə Liderə ehtiramın və inamın əlamətidir".

Bəhruz Quliyev deyib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər onlar üçün yaradılan şəraitin təzahürüdür: "Bu gün gənclərlə bağlı kifayət qədər normativ sənədlər mövcuddur. Cənab İlham Əliyevin gənclərə etimadı, onlarla görüşlərin təşkili bu diqqətin göstəricisidir. Məlum dövlət proqramları, həyata keçirilən layihələr gənclərin fəallığına stimul verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin amalında Azərbaycan gənclərini ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır. Cənab Prezidentin gənclərlə görüşü və gənclərin qarşısında konkret vəzifələr qoyması Azərbaycanın gələcək inkişafının gənclərin əlində olduğunu bir daha təsdiqləyir. Azərbaycanın gənclər ordusu da dövlət başçısının etimadını əməli ilə doğrultmalı, öz bilik və bacarıqlarını genişləndirməli, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb, ölkəmizin inkişafına töhfə verməlidir”.

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...