Temperatur 41-ə yüksəlsə işdən icazə veriləcək - RƏSMİ

Temperatur 41-ə yüksəlsə işdən icazə veriləcək -  RƏSMİ

Azərbaycanda gözlənilən kəskin istilərlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərə xəbərdarlıq məktubu göndərib. 

Sfera.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında Dövlət Xidmətinin rəisi Fuad Əlizadə deyib.

Onun sözlərinə görə, xəbərdarlığa əsasən, havanın temperaturu müsbət 41 dərəcə olarsa, həmin vaxt işəgötürənlər işçilərə fasilələr verməlidir.

F.Əlizadə rəhbəri olduğu qurumun Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gündəlik olaraq rəsmi məlumat aldığını vurğulayıb: "Bu gün havanın temperaturu müsbət 38 dərəcə olsa da, rütubətlilik var. Havada rütubətlilik çox yüksək səviyyədədir. Və biz şirkətlərə temperatur 41 dərəcəyə çatdığı halda işçilərə fasilə verməli olduqlarını bildirmişik. Əsasən də tikinti, daş karxanaları, emal sənayesi sektorunda fəaliyyət göstərən işəgötürənlərə xəbərdarlıq etmişik. Bu gün də havanın rütubətli olmasını nəzərə alıb, xüsusilə diqqətli olmalarını tövsiyə etmişik”.

O, işəgötürənlərin qurumun xəbərdarlığına məhəl qoymayacağı halda hansı cəzanın tətbiq olunacağını da açıqlayıb: “Qanunvericiliyə əsasən, 41 dərəcə istidə işçilər açıq havada işə cəlb olunarsa, onda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 1000 manatdan 2000 manatadək cərimələr nəzərdə tutulur. Pul cəriməsi ilə yanaşı, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, işəgötürənlər məsuliyyətə də cəlb olunacaq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, avqustun 5-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsiz olacaq. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.


OXŞAR XƏBƏRLƏR

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...