Gürcüstanda huşunu itirən azərbaycanlı əsgərin atası: "Oğlumu serjant döydürüb"

Gürcüstanda huşunu itirən azərbaycanlı əsgərin atası:
Ötən gün Gürcüstanın Krtsanisihərbi təlim mərkəzində baş vermiş insident nəticəsində xəstəxanaya yerləşdirilən əsgər, 20 yaşlı Elcan Əfəndiyevin atası Elbrus Əfəndiyev oğlunun döyüldüyünü iddia edir.

O, bu barədə "Report”un Gürcüstan bürosuna bildirib.

E.Əfəndiyev deyib ki, oğlu bundan əvvəl Algetidə hərbi xidmətdə olub: "Üç gün idi Krtsanisi təlim mərkəzində xidmətini davam etdirirdi. Oğlum Algetidə hərbi xidmətdə olarkən əlinə şpaler düşüb və zədə alıb. Həkimlər iddia ediblər ki, azərbaycanlı əsgər guya evə getmək məqsədilə qəsdən əlini zədələyib. Elcanı, ilk olaraq, Algetidəki xəstəxanaya, oradan da Qori hospitalına aparıblar”.

Onun sözlərinə görə, hospitaldan sonra Elcan Algetiyə geri gətirilməli idi: "Lakin sonradan onun Krtsanisi mərkəzinə aparıldığı məlum olub. Məsələni araşdırmaq üçün mərkəzə getdim və oğlumun Algetiyə qaytarılmamasının səbəbi ilə maraqlanmaq istədim. Məni içəri buraxmadılar. Bildirdilər ki, guya hərbi hissəyə hücum etmək istəmişəm. Bir serjant yanında 10 əsgərlə mənimlə söhbət etməyə gəldi. Mənə bildirdilər ki, Elcan 4 ay Krtsanisidə xidmət edəcək”.

E.Əfəndiyev vurğulayıb ki, oğlu Krtsanisi mərkəzində hərbi xidmət keçmək istəməyib: "Elcan Algetidə hərbi xidmətini davam etdirmək istəyirdi. Dünən axşam oğlum mənə zəng vurdu və xəstəxanada olduğunu bildirdi. Mənə döyüldüyünü dedi. Oğlumun sözlərinə görə, onu bir otağa salıb, qapısını bağlayıblar. Serjant onu bir neçə əsgərə döydürüb. Sonra bayıra çıxarıb orada da döyüblər. İndi də deyirlər huşunu itirib. İnsan durduğu yerdə necə özündən gedə bilər? Oğlum xəstəxanaya aparılarkən belə huşu özündə olmayıb. Sonradan ayılıb”.

Azərbaycanlı hərbi qulluqçunun atası qeyd edib ki, oğlu hazırda Qori hərbi hospitalında müayinə olunur və vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Gürcüstanın Müdafiə Nazirliyindən insidentlə bağlı bildirilib ki, Krtsanisi təlim mərkəzində ötən gün mübahisə yaranıb və emosional fonda E.Əfəndiyev özünü pis hiss edib və o, xəstəxanaya çatdırılıb. Qurumdan azərbaycanlı hərbçinin travma almadığı qeyd olunub.

Əsgərin, ilkin olaraq, yerləşdirildiyi Rustavi Şəhər Xəstəxanasından bildirilib ki, pasiyentin üzərində heç bir xəsarət qeydə alınmayıb. Kompüter tomoqrafiyası da pasiyentdə hər hansı bir zədənin olduğunu müəyyən etməyib. 


OXŞAR XƏBƏRLƏR

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....

Bu kokteyllər risklidir? - AÇIQLAMA

Yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar insanlar sərinlədici içkilərə daha çox üstünlük verirlər. Xüsusilə də küçələrdə, yol kənarları...