BDU-nun professoru qanunsuz yolla sədr “seçilib”

BDU-nun professoru qanunsuz yolla sədr “seçilib”
"Respublika Təhsil Şurası”nın fəaliyyəti barədə xəbərlər son zamanlar diqqət mərkəzindədir. Qeyd olunan Şurada bir qrup şəxs tərəfindən qanunsuz olaraq sədr seçilməsi istiqamətində işlər gedib və 17 noyabr 2018-ci ildə "Respublika Təhsil Şurası”na yeni sədr "seçilib”. Bakı Dövlət Universitetinin dekanı, professor Əli-zadə Hikmət Abdul oğlu Təhsil Şurasının qanuni üzvlərinin böyük əksəriyyətinin iştirakı olmadan keçirilmiş iclasda saxta yolla sədr elan edilib, həmçinin İdarə Heyətinə yeni üzvlər təyin edilib.
 
Şuranın Ədliyyə Nazirliyi tərəfindən tanınmış sədrinin, sədr müavinin, katibinin iştirak etmədiyi, İdarə Heyəti üzvlərinin bəzilərinin, üzvlərin böyük əksəriyyətinin xəbəri olmadığı iclası təşkil edən bir qrup şəxs tərəfindən Ümumi Yığıncaq adı altında keçirlimiş iclasında sədr müavini və katib seçkisi keçirilmədiyi halda, iclasın protokollarında sədr müavini və katib seçkisinin keçirildiyi qeyd edilib.
 
Sənədləri 17 noyabr 2018-ci il tarixli iclasın sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov və iclasın
katibi - Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin təşkilati işlər üzrə müdir müavini Sevda Axundova imzalayıblar. 08 dekabr 2018-ci ildə qanunsuz fəaliyyət göstərən İdarə Heyətinin üzvləri iclas keçirmiş, həmin iclasın qərarına əsasən
 
"Sənədlərin AR Ədliyyə Nazirliyinə təqdim edilməsi sədr müavininə həvalə edilmişdir”.
17.11.2018-ci il tarixli qanunsuz iclasda sədr müavininin seçkisi keçirilmədiyi halda sənədlərin Ədliyyə Naziliyinə göndərilməsi səlahiyyətinin seçilməmiş sədr müavininə həvalə edilməsi haqqında 5№li protokol Şuranın "sədri” Hikmət Əlizadə və Şuranın "katibi” Sevda Axundova tərəfindən imzalanmışdır. Sonradan sənədlər yeni sədrin təsdiq edilməsi üçün AR Ədliyyə Nazirliyinə göndərilmiş, lakin qanunazidd olduğu üçün təsdiq edilməyərək 17.12.2018-ci il tarixli məktubla geri qaytarılmışdır.
 
İmtina məktubunda əsas kimi "Qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyətin həyata keçirilməsinə icazə verilmədiyi, lakin Əli-zadə Hikmət Abdul oğlunun seçilməsi faktı dövlət qeydiyyatına alınmadan təqdim edilmiş sənədlərin onun tərəfindən sədr kimi imzalandığı qeyd edilmişdir”.
 
Həmçinin, qanunsuz iclasda iştirak edən şəxslərin adlı siyahısı Ədliyyə Nazirliyinə göndərilməmiş, beləliklə də saxtakar təşkilatçılar tərəfindən dövlət qurumunu aldatmağa cəhd edilmişdir. Ülu Öndər Heydər Əliyevin iştirak etdiyi Azərbaycan Müəllimlərinin 11-ci Qurultayında yaradılmış "Respublika Təhsil Şurası”nın uzun illər ərzində qazandığı təmiz ada bir qrup saxtakar tərəfindən ləkə gətirilmişdir.
 
Jurnalist araşdırmamızı davam etdirəcəyik.




 


OXŞAR XƏBƏRLƏR