Azərbaycan neftinin qiymətində azalma var

Azərbaycan neftinin qiymətində azalma var
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 63,78 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,77 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,7 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,6 dollar/barel azdır.


OXŞAR XƏBƏRLƏR