Dünyanın ən bahalı 19 məhsulu - 1 qramı trilyona

22:40 / 06.02.2019
4972
Dünyanın ən bahalı 19 məhsulu açıqlanıb.
Həmin siyahını təqdim edirik:
1. Ağ trüfellər (göbələk) – qramı 5 dollar və ya yarım kiloqramı 2000 dollar.
2. Zəfəran – qramı 11,13 dollar və ya yarım kiloqramı 5040 dollar.
3. Ağ balığın kürüsü – qramı 35 dollar və ya 28 qramı 1000 dollar.
4. Qızıl – qramı 38,81 dollar.
5. Rodiy (kimyəvi element) – qramı 45 dollar və ya 28 qramı 1270 dollar.
6. Platin (kimyəvi element) – qramı 48 dollar və ya 28 qramı 1365 dollar.
7. Kərgədan buynuzu – qramı 55 dollar və ya 450 qramı 25.000 dollar.
8. "Creme de la Mer” kremi – qramı 70 dollar və ya 30 qramı 2000 dollar.
9. Heroin – qramı 110 dollara qədər ola bilər.
10. Metamfetamin (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə) – qramı 120 dollar.
11. Krek-kokain – qramı 600 dollara qədər ola bilər.
12. LSD (dietilamid lizergin turşusu) – qramı 3000 dollara qədər ola bilər.
13. Plutoniy (radioaktiv metal) – qramı 4000 dollara qədər.
14. Taaffeit (mineral) – karatı 2500 – 20.000 dollar arası dəyişir. (1 karat -0,2 qram)
15. Tritiy (hidrogenin radioaktiv izotopu) – qramı 30.000 dollar.
16. Almaz – karatı 13.000 dollar, qramı 65.000 dollar.
17. Peynit (nadir minerallardan biri) – karatı 300.000-600.000 dollar arası dəyişir
18. Kaliforniy (izotop) – qramı 27.000.000 dollar
19. Antimaddə (antizərrəciklərdən ibarət materiya) – qramı 1.000.000.000.000 dollar.