Bakı-Quba yolunda dəhşətli qəza – 5 ölü

Bakı-Quba yolunda dəhşətli qəza –  5 ölü

Bakı-Quba yolunun 45-ci kilometrliyində dəhşətli yol qəza hadisəsi baş verib.  

 

Sfera.az-a Fövqəladə Hallar Nazirliyinə verilən məlumata görə, sözügedən ərazidə “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mersedes” markalı yük avtomobilinə çırpılıb. Nəticədə, deformasiyaya uğramış “Opel” markalı minik avtomobilindəki 5 nəfər sərnişin aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.    

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR