Faciənin canlı şahidi: “Babamı və nənəmi öldürdülər, əmim isə itkin düşdü...”

Faciənin canlı şahidi: “Babamı və nənəmi öldürdülər, əmim isə itkin düşdü...”
Qarşıdan Xocalı soyqırımının 27-ci ildönümü gəlir. Bu faciənin şahidləri ilə bağlı yazıları təqdim edirik. Bu dəfə müsahibimiz Xocalı sakini, həmin hadisələrin şahidi Məmmədova Sevda Teyyub qızıdır. 

Qeyd: 

"Məmmədova Sevda Teyyub qızı 1971-ci ildə Xocalıda anadan olub. İyirmi yaşında ailəsi ilə birlikdə Xocalıdan didərgin düşüb. Hazırda Pirşağı qəsəbəsində yerləşən Xocalı 2 saylı tam orta məktəbində müəllim işləyir. Ailəlidir, bir övladı var”. 

Beləliklə, Moderator.az  Sevda Məmmədovanın Xocalı faciəsi ilə bağlı ağrılı həyat hekayəsini təqdim edir: 

"Xocalı şəhərinə hər dəfə ermənilər atəş açırdılar, amma döyüşçülərimiz tərəfindən bunun qarşısı alınırdı. Fevralın 25-də axşam saatlarında artıq şəhəri güllə-baran etməyə başladılar. Ailəmlə birlikdə biz də şəhər sakinlərinə qoşulub evimizi tərk etdik. Meşə yolu ilə gələrkən yolda ermənilərin pusqusuna düşdük. Kimi gizlənə bildi, kimi də düşmənin gülləsinə tuş gəldi. Gənc qız idim və qorxurduq ki, ermənilərə əsir düşsək, bizə olmazın işgəncələr verərlər. 

Atışma zamanı yanımızda olan adamların çoxu öldürüldü. Biz də bir neçə nəfər sakinlərlə gizləndik. Həmin döyüşdə qardaşım 14 yaşlı İlham itkin düşdü. Düşünürdük ki, onu da öldürdülər. Amma biz Ağdama gəlib çıxandan bir neçə gün sonra qardaşım öz müəllimi ilə birlikdə başqa yolla gəlib çıxdı. Fevralın 26-da axşama doğru gəlib Ağdama çatdıq. Artıq taqətimiz yox idi, yerdə yıxılıb qaldıq. Sonra bizi yaxınlarımız öz evlərinə apardı. 

Babam Nəbiyev Həsən, nənəm Səkinə və əmim Məmməd itkin düşdü. Martın 2-də babamla nənəmin meyitini gətirdilər. Nənəmin bədənində çoxlu güllə yaraları var idi, babamı isə başından vurmuşdular. Əmim Məhəmməd isə itkin düşdü, indiyə kimi ondan xəbər yoxdur”. 

Sevda xanımla söhbətimizi işlədiyi məktəbin sinif otağında, şagirdlərinin bir neçəsinin yanında etdik. Söhbət etdikcə ağladı. Deyir ki, birinci dəfədir uşaqlarım məni ağlayan görür. Amma Xocalı faciəsi ilə bağlı şagirdlərinə hər dəfə məlumat verir:

"Hər il Xocalı faciəsinin ildönümü gələndə, həmin hadisələri sanki yenidən yaşayırıq. Adamın öz doğulduğu rayon çox doğmadır. Hamımız Xocalıya qayıdacağımız günü gözləyirik. Nə qədər insanlarımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bunu heç nəyə sığdırmaq olmaz. Ümidimiz odur ki, torpaqlarımız alınar və biz öz doğma el-obamıza qayıdarıq”.moderator

OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...