Zukerberq ata olacaq

Zukerberq ata olacaq

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq ata olmağa hazırlaşır. 

 

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə şəxsi səhifəsində paylaşım edib. 

 

Mark həyat yoldaşı Pristilla Çanın hamilə olduğunu yazıb:

 

“Mən və xanımımda maraqlı xəbərlər var: Bizim qızımız olacaq”.

 

Facebook yaradıcısı paylaşdığı məlumatda xanımının buna qədər bir neçə uğursuz hamiləlik keçirdiyini də vurğulayıb:

 

“Bu, bizim həyatımızda yeni səhifə olacaq. Bundan sonra biz öz uşaqlarımız və bütün gələcək nəsillər üçün dünyanı daha gözəl etməyə çalışacağıq”.

 

Xatırladaq ki, Harvard Universitetində tanış olan cütlüyün toyu 2012-ci ilin baharında olub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR