Nə zaman Avropaya çatacağıq?-Min nəfərə düşən mənzil sayına görə...

Nə zaman  Avropaya çatacağıq?-Min nəfərə düşən mənzil sayına görə...
"Bunun üçün müəyyən zamana ehtiyac var. Elə ölkələr var, həmin yola çatmaq üçün 20, elələri də var ki, 50 il vaxt sərf edib” 
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanın hər min nəfərə düşən mənzillərin sayına görə Avropadan 2,5-3 dəfə geri qalması fonunda bu nisbətən aradan qaldırılması üçün hansı addımların atılmalı olduğuna münasibət bildirərkən NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli deyib. 
 
Onun fikrincə, bu istiqamətdə kompleks tədbirlər görülməlidir:
 
"Təbii ki, bu istiqamətdə müəyyən addımlar atılır. Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. İpoteka Zəmanət Fondu da həmçinin yaradılıb. Bunlar hamısı ölkə əhalisinin mənzillə təmin edilməsini yaxşılaşdırmaq istiqamətində atılan addımlardandır. O cümlədən, tikinti şirkətləri üçün imtiyazlar tətbiq edilir ki, onlar bu istiqamətdə daha çox işlər görə bilsin. Avropaya gəldikdə, onlar artıq bir neçə yüz ildir ki, bu istiqamətdə gedirlər. Ölkəmizdə isə zaman çərçivəsi bir qədər dardır. Ona görə də hər min nəfərə düşən mənzillərin sayına görə, Avropaya çatmağımız üçün müəyyən zaman lazımdır. Digər tərəfdən, hər şeyi dövlətdən ummalı deyilik. Özümüz də o istiqamətdə hərəkət etməliyik. Bunun üçün də zaman lazımdır. Avropa səviyyəsinə çatmağımız üçün tikintinin həcmini, bu sahədə çalışanların potensialını və əhalinin alıcılıq qabiliyyətini, qazanclarını artırmalıyıq. Bu gün isə alıcılar buna hazır deyillər. Bunlar hamısı tikinti prosesinə ciddi təsir edən faktorlardır. Bütövlükdə məsələnin həlli üçün kompleks tədbirlərə ehtiyac vardır. Kadr hazırlığı da vacibdir. Buna da zaman, vərdiş lazımdır. Vaxt var idi Azərbaycanda ilk hündürmərtəbəli binanı türklər tikirdi. Amam bu gün Azərbaycan iş adamları dünyanın hər yerində ev tikir. Ölkə var ki, min nəfərə düşən mənzil sayına görə Avropa səviyyəsinə çatmaq üçün eyni yolu 20 ilə qət edib, digər ölkələr isə bu yol üçün 50 il vaxt sərf ediblər. Məsələyə birtərəfli yanaşmamalıyıq. Ölkənin iqtisadiyyatı, məşğulluq, gəlirlər artmalı, düşüncə tərzi dəyişməlidir. Bunlar da kompleks tədbirlərin olmasını tələb edir”.  
 
Qeyd edək ki,  rəsmi informasiyalara görə, Azərbaycanda əhalinin hər min nəfərinə düşən mənzillərin sayı Avropada olduğundan 2,5-3 dəfə aşağıdır.  Ölkəmizdə hər min nəfərə orta hesabla 188 mənzil düşdüyü halda, Avropada bu göstərici 400-600 intervalında dəyişir. Hətta Azərbaycanda əhalinin artım sürəti mənzillərin artım sürətindən çox olub. Məsələn, 1995-2017-ci illərdə ölkə əhalisi 29 faiz, mənzil sayı isə 21 faiz artıb. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...