Günvurmadan necə qorunmaq olar?- Diqqətli olun

Günvurmadan necə qorunmaq olar?-  Diqqətli olun

Artıq bir neçə gündür ki, ölkə ərazisində yüksək temperaturlu hava şəraiti hökm sürür. 

Sfera.az qafqazinfoya istinadən  bu məqamda  Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinə istinadən günvurmadan qorunmağın yollarını təqdim edir:

 İstivurma - ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və  kəskin ağır vəziyyətin yaranmasıdır. İstivurma təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir.

Bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir. Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayırlar. Nəticədə istivurma yaranır. İsti vurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud bir neçə saat  havasız, pis ventilyasiya olan yerdə keçirmək  kifayət edir.

İstivurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar; yaşlı insanlar, uşaqlar, körpələr;  günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar; ürək problemi, şəkər xəstəliyi, digər xroniki xəstələyi olanlar; spirtli içki, yuxu dərmanları qəbul edənlər; zəif qidalananlar  məruz qalırlar.

Əlamətləri:

- zəiflik, qızarmış sifət;

- baş ağrısı;

- başgicəllənmə;

- sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması;

- təngnəfəslik, nəbzin tezləşməsi;

- ağır hallarda bədən hərarətinin 40OC-dən artıq olması;

İlk yardım

- zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymaq lazımdır. Başqa bir üsul isə - zərərçəkənin paltarını soyundurub soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin bədən hərarəti normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.

- Xəstənin vəziyyəti ağırlaşarsa dərhal "təcili yardım" çağırın!

İstivurma davam etdiyi müddətdə vəziyyət getdikcə daha da ağırlaşır, xəsarət alanda sayıqlama, sonra isə özündən getmə, sifət rənginin  solması, dərinin quru və isti olması, tərləmənin dayanması, tənəffüs və ürək döyüntüsünün tez və zəif olması halları baş verir. Belə vəziyyətdə xəsarət alana təcili tibbi yardım edilməzsə, bu, ölümlə nəticələnə bilər.

Günvurma - günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Günvurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını  artır və beyinin qan dövranı pozulur.

Əlamətləri:

- zəiflik, qızarmış sifət;

- başgicəllənmə;

- güclü baş ağrıları;

- qulaqlarda küy;

- təngnəfəslik, nəbzin tezləşməsi;

- ürək bulanması və qusma;

- ağır hallarda bədən hərarətinin 40OC və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsi.

Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir.

İlk yardım istivurmada olduğu kimidir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa dərhal "təcli yardım" çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...