İranda polisə silahlı hücum: 1 ölü, 1 yaralı var
12:28 / 06.02.2019
2320
İranın qərbindəki Loristan əyalətinin mərkəzi Hürrəmabad şəhərində təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücum olub. Yanacaqdoldurma məntəqəsində silahlı hücuma məruz qalan polis əməkdaşlarından biri həyatını itirib, digəri isə yaralanıb.
Hadisə zamanı silahlı şəxslərin açdığı atəş zamanı benzin tanketlərindən biri partlayıb. Ətrafda yerləşən evlərin çoxunun şüşəsi partlayışdan sonra qırılıb.faktxeber