Müştərinin xətrinə dəyməmək... Bakıda skuter faciəsi artır

Müştərinin xətrinə dəyməmək... Bakıda skuter faciəsi artır

Ötən il Novxanı çimərliyində faciəvi hadisə baş vermişdi. Çimərlikdə çimən 14 yaşlı uşağı skuter vurmuşdu. Nəticədə uşağın üzü parçalanmışdı. Fövqəladə Hallar Nazirliyi tərəfindən hadisə ilə bağlı rəsmi məlumatda bildirilmişdi ki, faciə ehtiyatsızlıqdan baş verib. Su qayığı biznes maraqları üçün dənizdə işlədilirmiş. Ötən illər kimi bu il də çimərlik ərazilərində skuter, su qayığı ilə gəzintilər təşkil edilir. Maraqlı burasıdır ki, bu su nəqliyyat vasitələrində təhlükəsizlik qorunmur.

Sfera.az xəbər verir ki, BAKU.WS-in əməkdaşları bir neçə dənizkənarında müşahidələr aparıb. Müşahidələr zamanı gördük ki, skuter və su qayıqlarına insanları mindirərkən onların yaşları və səhhətləri nəzərə alınmır. Novxanı çimərliyində skuterlə gəzinti 20 manatdan başlayır. Bu pulu ödəyən şəxsin yaşı isə nəzərə alınmır. Hətta pul ödəyən şəxs özü ilə körpə uşağı belə su qayığına mindirə bilər. 

Ekspertlər də bu sahədə nəzarətin olmadığını vurğulayır. Nəqliyatçılar Birliyinin sədri Məzahir Rüstəmov açıqlamasında bildirib ki, nəzarətin aparılmamasının əsas səbəbi biznes maraqlarıdır. "Qanunla su qayığı və skuter kimi nəqliyyat vasitələrinə minmək üçün şəxsin 18 yaşı tamam olmalıdır. Azyaşlı insanların bu kimi su nəqliyyatından istifadəsi qadağandır. Bundan əlavə, skuterə minən şəxsin əynində mütləq xilasedici jilet olmalıdır”, - deyə Məzahir Rüstəmov bildirib. 

Çimərlik ərazisində skuterlə gəzinti təşkil edən şəxslər isə deyəsən bu qanundan xəbərsizdirlər. Çünki bu barədə onlardan soruşduqda çoxu cavab verə bilmədi. Bəziləri isə qanun barədə bildiklərini, lakin müştərinin xətrinə dəyməmək üçün onları uşaqla birlikdə skuterə mindirdiklərini deyiblər. Qanunla isə çimərlik ərazisində skuter ilə hərəkət etmək qadağandır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularında Xilasetmə Xidmətindən  bildirilib. Qanunda həmçinin göstərilir ki, skuter və su qayığına yaşı 18 yaşı tamam olmayan şəxslərin minməsi qadağandır. Bundan əlavə skuteri sürücülük vəsiqəsi olan insan idarə etməlidir. Sərxoş şəxslərin skuterə mindirmək də olmaz. 

Bakı çimərliklərində isə vəziyyət acınacaqlıdır. 

Xatırladaq ki, ötən gün Novxanı çimərliyində batan tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı 36 yaşlı Mahir Allahverdiyev də skuter aşması nəticəsində batmışdı. 


OXŞAR XƏBƏRLƏR

ABŞ rəsmilərinin “Güc vasitəsilə sülhə nail olmaq” tezisi nədən xəbər verir? - AÇIQLAMA

“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək”. Bu barədə ABŞ Dövlət katibi En...

Məşhur bazarın yanındakı evlər də söküləcək - Kompensasiya nə qədər olacaq?

Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.   Sfera.az milli.az-a istinadən xəbər v...

Çempionlar Liqasında həlledici görüş Bakıda keçiriləcək

FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni ta...

“Milan” səfərdə qalib gəldi, “Yuventus”dan heç-heçə - VİDEO

İtaliya A Seriyasında 19-cu turdan təxirə salınmış oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, “Milan” “Komo”nu səfərdə məğ...

Naxçıvanda hərbi sursat aşkar edildi - FOTO

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonu, Yeni Kərki və Qabıllı kəndləri ərazisində hərbi sursatlar aşkar edilib.   Sfera.az xəbər verir ki,...

Azərbaycanda bu şəxslərin maaşları ARTIRILDI

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib. Mi...