Patriarx Kirill: "Dostum şeyxülislam Paşazadənin rolunu xüsusi qeyd etmək istərdim"

Patriarx Kirill:
"Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər".

Sfera.az xəbər verir ki, bunu fevralın 5-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill deyib.

Patriarx Azərbaycana səfərin onun üçün hər zaman mühüm mənəvi-mədəni hadisə olduğunu dilə gətirib:

"Azərbaycana səfər mənim üçün hər zaman mühüm mənəvi-mədəni hadisədir. Zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşağında yerləşən ölkəniz həm ətraf xalqların müdrikliyini, həm də əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mənəviyyatla zənginləşdirən tarixi təcrübəsini əxz edib. Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Həm də bu münasibətlər yalnız hansısa rəsmi səviyyədə göstərici deyil. Bütün bunlar sadə insanların həyatına birbaşa aiddir. Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər. O cümlədən Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində həm də çox müsbət işlər görən dostum şeyxülislam Paşazadənin rolunu xüsusi qeyd etmək istərdim. O, həm də şübhəsiz rus kilsəsi ilə təkcə Azərbaycanın müsəlmanları ilə deyil, həm də Qafqazın ali dini rəhbəri olduğuna görə Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında böyük işlər görür. Biz də onun sülhməramlı rolunu, həm də dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarığını çox yüksək qiymətləndiririk".
Kirill Azərbaycanda yaşayan pravoslavların heç bir narahatlıq hiss etmədiklərini bildirib:

"Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar Sizə xüsusilə təşəkkür etmək istərdim. Həmişə zati-müqəddəsləri Aleksandr ilə görüşəndə o, bu münasibətləri çox nikbin təsvir edir və mən dəqiq bilirəm ki, bu, reallıqdır və həqiqətən belədir. Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. Onlar öz ölkələrinin həm vicdanlı vətəndaşlarıdır, eyni zamanda, pravoslavdırlar. Onları həm dini əqidələrinə, həm də ənənəyə görə tarixi vətəni – Rusiya ilə bağlayan çox şey var".

OXŞAR XƏBƏRLƏR

Bakıda tanınmış bloqerlər vətəndaşları aladadıb - İDDİA

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.   Sfera.az&nbs...

Bu bürclər diqqətli olmalıdır - Gərginlik artacaq

Bu gün səmada dinamik və güclü enerjilər hökm sürür. Ayın Əqrəb bürcündə olması emosional dərinlik və ehtiraslı reaksiyalara zəmin yaradır. Bu, həm də gözlənilm...

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.  ...

Uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN OLUNUR?

Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrlə bağlı ayrı bir qanun layihəsi var. Burada söz və fikir azadlığının məhdudlaşdırılması nəzərdə tutulmu...

Bu ölkədən Trampa 400 milyon dollarlıq hədiyyə

ABŞ-da Demokratlar Partiyasından olan konqresmen Riççi Torres Prezident Donald Trampın Qətər kral ailəsindən dəyəri 400 milyon dollar olan "Boinq 747-8&quo...

Azərbaycan Vyetnamla iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə verdiyi açıqlamalarda, müsahibələrində irəli sürdüyü tezislər hər zaman diqqət mərkəzində olur. Ölkə...