Abdulbari Goozal “Qarabağ”dan imtina edir?!

Abdulbari Goozal “Qarabağ”dan imtina edir?!
"Qarabağ” klubu maliyyə dayağı olan "Azərsun Holding” şirkətini itirmək üzrədir. Şirkət rəhbəri Abdulbari Goozal "Qarabağ”a maliyyə axınını dayandırmağı düşünür. Əldə etdiyimiz məlumata görə, şirkətdən klubun avrokuboklardan əldə edilən gəlirlə idarə olunması tapşırığı verilib.

"Azərsun Holding” rəhbərliyinin ötən ay qəbul etdiyi qərar klubun qış planlarına təsir edib. Məlum səbəbdən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qış transfer dönəmində istədikləri futbolçuları komandaya cəlb edə bilməyib. Riçard Almeyda "Astana” klubundan pulsuz icarəyə götürülübsə, Reynaldo Silva əvvəlkindən qat-qat aşağı qiymətə kluba qayıtmaq qərarı verib. 

Təbii ki, "Azərsun Holding”in bu qərarı "Qarabağ”ı gələcəkdə ciddi çətinliklər qarşısında qoya bilər. İnanırıq ki, şirkətin rəhbəri Abdulbari Goozal bu fikrindən daşınacaq və "Qarabağ”a əvvəlki kimi dəstək verəcək. Çünki, komandanın zəifləməsi onsuz da son vaxtlar uğurlu nəticələrinə həsrət qaldığımız futbolumuza daha bir zərbə ola bilər. Futbol11.az


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...