Azərbaycan, Türkiyə və Pakistan XİN başçıları İslamabadda görüşəcək

Siyasət
13:28 / 05.02.2019
3395
İslamabadda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand məlumat verib.
"Sammit ötən ilin dekabr ayında keçirilməli idi, lakin hökumət dəyişikliyi ilə əlaqədar təxirə salındı. Görüşün qaşıdakı bir neçə ayda keçiriləcəyi gözlənilir", - pakistanlı səfir deyib.