Bank “BTB” 2 yeni VAKANSİYA elan edir

Bank “BTB” 2 yeni VAKANSİYA elan edir
2010-cu ildə təsis edilmiş Bank "BTB”ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank "BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Kiçik və orta biznes kreditləri üzrə Baş mütəxəssis

İş barədə məlumat:

  • Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
  • Müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə ziyarətlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
  • Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı;
  • Kiçik, orta, iri və korporativ kreditlər sahəsində ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
  • Kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Namizədə tələblər:  

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Problemləri həll etmə bacarıqları;
  • Satış bacarıqları;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  28 Fevral, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kiçik və orta biznes kreditləri üzrə Baş mütəxəssis)  göstərməyiniz xahiş olunur.

Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi

 İş barədə məlumat:

  • Bank "BTB” ASC-nin mövcud tariflərinə  əsasən bütün növ bank məhsul və xidmətlərinin  satışını  təşkil etmək;
  • Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
  • Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları  bağlamaq;
  • Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
  • Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
  • Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank  Kartları şöbəsinə təqdim etmək;
  • Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
  • Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

    Namizədə tələblər:

  • Bank sektoru üzrə Müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi;
  • Vahid komandada işləmək qabiliyyəti;
  • Azərbaycan, rus dillərini bilmək;
  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  28.02.2019-cu il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...