"Hər kişinin daxilində bir oğlan uşağı yaşayır"- Evelin Abbasova MÜSAHİBƏ

"MotoMondo Baku" şirkətinin direktor müavini Evelin Abbasovanın  verdiyi müsahibəni təqdim edirik: 

İşinizin tam adı nədir – rəssam, usta, dizayner? Qısaca bu sənət və özünüz haqqında məlumat verərdiniz.

- Mənim ailəmdə hamının istedadı olub. Özü də bu istedad incəsənət sahəsində özünü göstərib. Bizdə demək olar hamı əllə nə isə yaratmağı bacarıb. Mən müəyyən yaşa qədər musiqi ilə məşğul olmuşam, opera müğənnisi diplomu almışam. Amma beş il öncə birdən musiqini atıb metalla məşğul olmağa başladım. Daha doğrusu, mən art-mexanikəm. Bu iş özündə rəssam, dizayner və mexanik bacarıqlarını cəmləyir.

Arzumu reallaşdırıb moto-sənayeyə düşəndən sonra məni hazırkı direktorum, əvvəllər isə moto-klub üzrə məşqçim olmuş Sabir Babayev dəstəklədi. O ölkədə və xaricdə motokressmen kimi tanınır. Ondan başqa işdə mənə Zaur Babayev, İqor Dinegin dəstək olurdular. Onlar mənim yol göstərənlərim, tənqidçilərim, qələbələrimin və uğursuzluqlarımın şahidləridir.

Azərbaycanda sizin sənətlə məşğul olan nə qədər sənətkar tanıyırsınız? Ümumiyyətlə, sizin sənətə tələbat hansı dərəcədədir?

- Bu gün ölkədə art-mexanika ilə, xüsusilə moto-sənayedə bu sahədə məşğul olan başqa heç kim yoxdur. Bəlkə də buna görə mənim işlərimə tələbat var və sifarişləri müəyyən ardıcıllıqla yerinə yetirməli oluram. Axı işlərimin əsas hissəsini əllə edirəm. İşə başlamamışdan öncə işin xüsusiyyətini, hətta ona sahiblənəcək şəxsin xasiyyətini belə fikirləşirəm. Bəlkə də buna görə mənim eyni cür alınan iki işim olmur.

Bildiyim qədər işlərinizdə laqunda kimi ağır alətlərdən istifadə edirsiniz. Bir xanım üçün bu çətin deyil?

- Ümumiyyətlə, metalla işləmək asan deyil. Hətta adicə yonqarla işləyəndə belə səndən müəyyən fiziki güc və səbr tələb olunur. Bu işdə ən çətini mənəvi aspektdir. Son mərhələdə birdən sənin aylıq əməyinin nəticəsi qırılır. Onda hər şeyi yenidən, sıfırdan başlamalı olursan.

Sifarişləri ən çox kimlərdən alırsınız?

- Statistika apardığımı deyə bilmərəm. Amma sifarişlər əsasən kişilərdən gəlir. Hansı sahələrdə çalışdıqlarını soruşursunuzsa, müxtəlifdir: həkimlər də var, güc stukturlarının işçiləri də, mühəndislər də... Qadınlar isə əsasən sevdikləri üçün hədiyyə sifariş edirlər.

Çalışdığınız şirkət haqqında məlumat verərdiniz. Hansı xidmətləri göstərirsiniz?

- Mən MotoMondo şirkəti ilə əməkdaşlıq edirəm. Bu, əhaliyə moto-texnikanın təmirini və satışını təklif edən salondur. Biz həmçinin motosikl idarə etmək dərsləri də veririk.

Xanım baykerlər varmı? Varsa, ölkəmizdə onlara münasibət necədir?

- Bizim məktəbdə xanımlar təlim keçirlər. Amma onlar bunu daha çox inkişaf, drayv üçün edirlər. Amma motosikli məhz nəqliyyat vasitəsi kimi istifadə edən xanımların sayı bir əlin barmaqlarından çox olmaz. Özümdən deyə bilərəm ki, cəmiyyət mənə hörmətlə yanaşır. Yollarda olan hörmətsiz şəxslərin sayı isə azdır və bu çox sevindiricidir.

Avtomobil sürücüləri ilə müqayisə etsək, baykerlərin aksessuarlara marağı nə qədərdir?

- Baykerlər öz "dəmir at”larını müxtəlif aksessuarlarla bəzəməyi çox sevirlər. Böyük həcmli motosikl sahiblərində bu maraq daha yüksəkdir. Məncə, hər kişinin daxilində bir oğlan uşağı yaşayır.

Yerli baykerlərin əcnəbilərdən fərqi? Heç əcnəbi baykerlərlə iş birliyiniz olubmu?

- Xaricdə bayker hərəkatı çoxdan müxtəlif istiqamətlər üzrə inkişaf edib. Bizdə isə bu sahə iki istiqamətdədir: idman (məşqlər, yarışlar) və sadəcə moto-yürüş həvəsi. Birgə layihələr əsasən sırf idman xarakterli olur. Məsələn, moto-yarışlarda iştirak.

Sirr deyilsə, əl işlərinizin qiymətləri haqqında məlumat verərdiniz.

- İstənilən eksklüziv iş ucuz olmur. Nadir və öz sahəsində tək olan iş əldə etmək istəyən şəxs başa düşməlidir ki, bu, baha olacaq.

Gənclər arasında bu sənəti öyrənmək istəyənlər kimə və ya hara müraciət etməlidirlər?

- Şəxsən mən art-mexanikanın tədrisi ilə məşğul oluram.

Elə aksessuarlar varmı ki, onların istifadəsi qanunla qadağandır, lakin baykerlər istifadə edir?

- Şübhəsiz ki, moto-hərəkatda da xuliqanlar var, amma mən elələrinə rast gəlməmişəm. Məsələn, anamdan eşitmişəm ki, ötən əsrin 80-ci illərində elə "sənətkarlar” var idi ki, dairəni bıçaq itiləyənlə iki yerə yonurdular, alınan dairəni motosikletin borusuna birləşdirirdilər. Sürən vaxt mososikli "şaxə qaldırırdılar” və sürtünmədən asfaltda qığılcımlar yaranırdı. Lakin belə sürücülərin əksəriyyəti xəstəxanalıq olurdu. Çünki motosiklin tarazlığını qorumaq mümkün olmurdu. Göründüyü kimi, xuliqanlığın axırı yaxşı olmur.

Aldığınız ən qəribə sifariş hansı olub?

- Qəribə sifarişlər tez-tez daxil olur. İşimi çox sevirəm. Çalışıram ki, bütün sifarişçilər nəticədən həmişə razı qalsınlar.Fins





OXŞAR XƏBƏRLƏR

Kraliça Mari Antuanettanın bir tutam saçı hərracda fanastik qiymətə alınıb

Kraliça Mari Antuanettanın şüşə altındakı mis medalyonda bir tutam boz saçı 7500 avroya satılıb. Rəvayətə görə, Fransanın son kraliçası 1793-cü ildə gilyotinlə ...

Səhv hamburger sifarişinə görə 1 milyon dollar tələb edir

Hyuston sakini Demeri Ardell Uilson, hamburger bişirmə səhvinə görə Whataburger restoranlar şəbəkəsinə qarşı məhkəmə iddiası qaldıraraq 1 milyon dollara qədər t...

Zelenski Trampla telefon danışıqlarının təfərrüatlarını açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Donald Tramp arasında iki telefon danışığı olub.   Sfera.az-ın Şərqi Avropa bürosu xəbər ver...

Təqaüdə çıxmaq niyyətində deyil -FOTO

Əksər kino tənqidçilərinin sonuncu hesab etdiyi “Missiya: Mümkün olmayan” franşizasının səkkizinci hissəsinin buraxılışından sonra Tom Kruz təqaüdə ...

Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu - VİDEO

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı müğənni Nüşabə Musayevadır.   Sfera.az bildirir ki, proqramda o, 15 yaşında ana...

Emin Ağalarov: "Əminə ilə fəxr edirəm"

"Bu Əminənin qatıldığı ilk beynəlxalq yarış idi və o, birinci yeri tutdu. Atası olaraq, mən onunla fəxr edirəm".   Sfera.az ...