Vaşinqtonun kabusu-İran: Bitməyən düşmənçilik...

Vaşinqtonun kabusu-İran: Bitməyən düşmənçilik...
 Vaşinqtonun kabusu-İrana qarşı sanksiyaların iqnor olunmasını hədəf götürən struktur reallaşıb. Bu fərziyyə deyil, baş vermiş faktdır. Sözügedən məsələ Britaniyanın rəsmi portalında dərc olunmuş materialdan götürülüb.

Yeni yaradılmış, "xüsusi hüquqi şəxs” statuslu INSTEX-in açıqlaması "Ticari mübadilələr üçün dəstək instrumenti” kimidir və mənzil qərargahı Parisdədir. Yayılan şaiylərə görə uzun müddətdir yaradılması planlaşdırılan, hətta AB tərəfindən anons olunan qurumun hüquqi ünvanını heç bir dövlət üzərinə götürmək istəmirdi. Səbəb isə Amerikanın qəzəbinə düçar olmamaq idi. Əsəbləri dözümlü bir tək Makron oldu və Parisdə açıldı. Lakin firmanı Almaniyadan olan nümayəndələr idarə edəcək və britaniyalılar da müşahidəçi qismində iştirak edəcəklər.

Beləliklə İranın nefti və digər malları Avropaya yolu artıq açıqdır. Tehran da Vaşinqtonun sanksiyalarından çəkinməyərək köhnə qitədən istədiyi malı və xidməti, hətta krediti  ala biləcək. INSTEX ilk baxışda tərəflərin anonimliyini qoruyan adi vasitəçi firma kimi görünür. ABŞ-ın Maliyyə Nazirliyi və Dövlət Departamenti istəsə belə onlardan informasiya ala bilməz. Toxunulmazlıq və sanksiyalardan müdafiə üçün tranzaksiyaların fəaliyyəti ABŞ dolları ilə yox, avro və funt sterlinqlə aparılacaq.
 
Bu məsələ ilə bağlı daha bir yaxşı xəbər var. Adıçəkilən rəsmi xəbərdə deyilir ki, hazırkı struktur "üçüncü tərəf” üçün də açıq olacaq. Yəni, Amerika sanksiyalarını dəlmək üçün bütün proqressiv qüvvələr dəvət edilir. İngiltərənin Xarici İşlər Naziri Ceremi Hant bildirib ki, 2015-ci ildə Tehranla imzalanmış nüvə müqaviləsini xilas etmək istəyirlər. Avropa İran neftindən və o ölkədən gələcək gəlirdən məhrum olmaq istəmir. Oradakı ağıllı adamlar başa düşürlər ki, İrandakı vəziyyət "Liviya ssenarisi” kimi inkişaf etsə sonra hanısa Yaxın Şərq, ümumiyyətlə müsəlman ölkəsiylə dil tapa bilməyəcəklər.
Cihadın nə demək olduğunu, milyonlarla müsəlman miqrantı qəbul etdikdən sonra avropalılar yaxşı başa düşüblər. Bundan başq İranın nəzəri "nüvə raket”lərinin Amerikaya gedib çıxması xəyaldı. Amma Avropa yaxındadı. Parisə, Londona, Berlinə skit Tehran lazımdır. Yoxsa sanksiyalarla boğaza yığılmış xalq hansısa ektremis qüvvəni hakimiyyət başına gətirər. "Ən yaxşısı neft ixrac etsinlər, nəinki şəhid”.
Birləşmiş Ştatlar nəyi bacarıbsa edib və edir. Bir neçə həftə əvvəl Vaşinqtonun İran üzə nümayəndəsi Brayn Huk rəsmi olaraq bəyan edib ki, səkkiz ölkəyə İran neftini almaq üçün verilən "xoşniyyətli icazə”ni uzatmayacaq. "Karfagen məhv edilməlidi”. İranla hansısa əməkdaşlığa görə Avropaya istiqamətlənən açıq hədə qorxuların sayı bilinmir. Con Bolton və digər Ağ Ev məmurları birbaşa bildiriblər ki, Avropa seçim etməlidir: Ya İranla əməkdaşlıq etməlidir, ya da Amerika ilə. "Hər iki cəbhəylə” biznesə imkan verməyəcəklər.
 
Amerika həmişə sübut edib ki, onun üçün "müttəfiqləri”nin mənafeyi heç bir şey deməkdir. Əsas öz maraqlarıdır. Lakin sonunda avropalıların da səbri daşdı.
 
Bəs bu Rusiya üçün nə deməkdir? Bir çox müsbət şey. "Kollektiv Qərb” çat verdi. Özü də necə çat. Bu bir. İkincisi dollara hissedilən zərbə vuruldu. Üçüncüsü, ən əsası INSTEX-in işə düşməsi geopolitik dominantlıq silahı olan Amerika sanksiyalarını dağıdır. Avropa artıq işarə verib ki, "Vaşinqtona tabe olmayanların klubu” istəyən hər kəs üçün açıqdır.
 Tərcümə Sfera.az

OXŞAR XƏBƏRLƏR