Dünyada ət istehlakı artıq azalır - SƏBƏB?
Sağlıq
19:11 / 04.02.2019
4749
Son zamanlar ətdən qismən, ya da tamamilə imtina edənlərin sayı getdikcə artır.
Sfera.az xəbər verir ki, bu barədə BBC geniş araşdırma aparıb.
Daha sağlam həyat tərzinə keçmək, həm də ətraf mühitə verilən ziyanı azaltmaq düşüncəsi artıq bir çox insanı ət istehlak etməkdən uzaqlaşdırır. Dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ-da əhalinin üçdə ikisi getdikcə daha az ət yeyir. Bunda vegeterian düşüncə tərzinin böyük rol olduğu hesab edilir.
Qeyd edək ki, son 50 ildə ət istehlakı sürətlə artıb. 1960-cı illərə nisbətən 5 qat artıb. 1960-cı illərdə ət istehlakı illlik 70 milyon ton idisə, 2017-ci ildə bu rəqəm 230 tona çatıb. Əhali isə cəmi iki dəfədən çox artıb. Əhalinin sayı ilə yanaşı alıcılıq qabiliyyətinin artması əsas rol oynayıb.
Hazrda dünyada ən çox ət yeyən ölkələr ABŞ, Avstraliya, Yeni Zellandiya və Argeninadı. Adambaşına ildə 100 kq-dan artıq ət düşür.
Lakin son illərin göstəriciləri onu deməyə əsas verir ki, dünyada ət istehlakı əhalinin və gəlirlərinin artışına nisbətən o qədər də artmır. Əksinə bəzi inkişaf etmiş ölkələrdə şüurlu olaraq ət və ət məhsullarından imtina var.