Zəmanət müddəti bitmiş maşınlar üçün xüsusi təkliflər

Zəmanət müddəti bitmiş maşınlar üçün xüsusi təkliflər
Sözsüz ki, insanın tarix boyu ən böyük nailiyyətlərindən biri məhz avtomobilin ixtirası olub. Avtomobillər yarandığı gündən insan onun dəyərini tez bir zamanda qiymətləndirə bildi. Bu gün isə heç bir kəs həyatını avtomobilsiz təsəvvür edə bilməz. Lakin, istənilən hər bir mexanizm kimi, avtomobil də özünə nizamlı texniki xidmətin göstərilməsini tələb edir. Son dövrlər avtomobil sənayəsinin inkişafı, avtomobillərin istehsalında ən öncül texnologiyaların, avadanlıqların və xüsusi materialların istifadəsi ilə müşayiət olunur. Belə avtomobillərə texniki xidmət də günü-gündən yenilənən avadanlıq, diaqnostika üçün proqram təminatı və xüsusi bilik tələb edir.

Məhz bu səbədən istehsalçı istehsal etdiyi avtomobillərin texniki xidmətini yalnız bilavasitə səlahiyyət verdiyi rəsmi tərəfdaşlarına etibar edir. Bunun qarşılığında istehsalçı rəsmi tərəfdaşlarından yalnız ozünün tövsiyyə etdiyi xüsusi avadanlıqların, diaqnostika üçün proqram təminatının və işçilərin biliklərinin müntəzəm təkmilləşdirilməsini tələb edir. Ona görə ki, avtomobilin xüsusiyyətlərini istehsalçıdan daha yaxşı kimsə bilə bilməz.

Dünya avtomobil sənayəsində ən öncül texnologiyaları tətbiq edən və bu istiqamətdə yeni çağırışları müəyyən edən isə Mercedes-Benz markalı avtomobilləri istehsal edən Almaniyanın Daimler AG şirkətidir. "Qafqazinfo” xəbər verir ki, Azərbaycanda Daimler AG-nin rəsmi tərəfdaşları tərəfindən ən yeni texnologiyalar və xüsusi avadanlıqların istifadəsi təmir işlərinin ən mürəkkəb növlərini yerinə yetirməyə və Daimler AG-nin yüksək standartlarına uyğun olaraq ən yüksək keyfiyyətə zəmanət verir. Mercedes-Benz markalı avtomobillərə istehsalçının rəsmi servis məntəqələrində texniki xidmət sifariş edən şəxslərin yuxarıda qeyd edilənlərdən əlavə digər üstünlükləri də var:

 

Texniki xidmət zamanı yalnız istehsalçı tərəfindən tədarük edilən orijinal ehtiyat hissələri istifadə edilir;

İstifadə edilən ehtiyat hissələrinə və işçiliyə 24 ay müddətinə zəmanət verilir;

Mürəkkəb hallarda təmir üçün bilavasitə istehsalçı tərəfindən mütəxəssis göndərilir;

Zəmanət müddəti bitdikdən sonra da zəmanətli təmir şərtləri təqdim edilir;

Texniki xidmətdən narazı qaldıqda daha yuxarı instansiyaya şikayət etmək hüququ və şikayətə baxılmasına dair zəmanət verilir.

Müşahidələrə əsasən, Azərbaycanda Mercedes-Benz avtomobillərinin sahibləri, avtomobilin zəmanət müddəti bitdikdən sonra qeyri-rəsmi texniki xidmət məntəqələrinə müraciət edirlər. Bu halların başlıca səbəbi, qeyri-rəsmi texniki xidmət məntəqələrinin iri həcmli vəsait tələb edən xüsusi avadanlıq və proqram təminatından istifadə etməmək səbəbindən irəli gələn, müştəri üçün daha ucuz qiymətlər təqdim etməkdir. Belə halları nəzərə alan Mercedes-Benz-in Azərbaycanda rəsmi distribyutoru "Avtokapital-Azərbaycan” MMC Mercedes-Benz-in rəsmi diler şəbəkəsində zəmanət müddəti bitmiş avtomobillərin texniki xidməti üçün xüsusi şərtlər elan edir:

1. Loyal Tarif. Yaşı 2 ildən 4 ilə qədər olan Mercedes-Benz avtomobilləri üçün:

Ehtiyat hissələrinə - 10%-dək;

İşçilik üçün – 10% endirim.

2. Premium Servis. Yaşı 5 ildən 8 ilə qədər olan Mercedes-Benz avtomobilləri üçün:

 Ehtiyat hissələrinə - 20%-dək;

İşçilik üçün – 20% endirim.

 3. Premium Servis +. Yaşı 8-ildən cox olan Mercedes-Benz avtomobilləri üçün:

Ehtiyat hissələrinə - 20%-dək;

İşçilik üçün – 30 % endirim.

Xüsusi şərtlərdən yalnız Azərbaycanda Mercedes-Benz-in rəsmi servis məntəqələrində yaralanmaq olar. Unutmayın! Sükan arxasına keçib mühərriki işə salanda Siz öz və yaxınlarınızın həyatını sadəcə nəqliyyat mexanizmi olan – avtomobilinizə etibar edirsiniz.

Autostar Kaukasus

ünvan: Babək prospekti 11/45

tel.: +994 12 496 50 50 / +99412 976 

Abşeron Avtomobil Mərkəzi

ünvan: Bakı-Sumqayıt yolu 6-cı km

Tel.: + 994 12 347 78 00


 

 

OXŞAR XƏBƏRLƏR