Məşhur idmançımızı olimpiya çempionu olmağa qoymayan boksçu öldürüldü - VİDEO
Milli.Az xəbər verir ki, məşhur keçmiş boksçu etdiyi açıqlamalarla təəccübləndirməyi bacarıb.
Vüqar Ələkbərovun ən diqqət çəkən açıqlaması isə Afina (2004) oyunları zamanı qarşılaşdığı şanssızlıqla bağlı olub. Olimpiyadanın boks yarışlarının püşkü atıldıqdan sonra əsas favorit göstərildiyi üçün komanda yoldaşlarından ikinci olimpiya medalı qazanacağı münasibəti ilə təbriklər aldığını deyən Vüqar, xal hesabında öndə olduğu görüşdə qaraciyərindən ağır zədə alıb.
O zaman hər kəsin onun bilərəkdən suriyalı boksçuya məğlub olduğunu düşündüyünü deyən Vüqar Ələkbərov, oyunu məcbur dayandırmalı olduğunu qeyd edib:
"Medal qazandı. Afinadan sonra Suriyada DİN-də polis məmuru kimi çalışmağa başladı. İllər sonra məşqçisi mənə ürək ağrısı ilə dedi ki, Nasər Əl Şam minaya düşdü ayaqlarını itirdi. Bir müddət sonra ikinci dəfə partlayışda öldü".
Qeyd edək ki, Nasər Əl Şam Suriya tarixinə ilk olimpiya medalçısı kimi düşmüşdü.
Vüqarın açıqlaması ƏTRAFLI VİDEODA: