Nazirlikdən isti havada işləyənlərlə bağlı - Xəbərdarlıq

Nazirlikdən isti havada işləyənlərlə bağlı -  Xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib. 

Nazirlikdən  daxil olan məlumata görə, Əmək  Məcəlləsinə əsasən, havanın temperaturu +41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti  işəgötürənlə həmkarlar  təşkilatının birgə qərarı əsasında müəyyən edilməli, işçilərə verilmiş bütün fasilələr iş vaxtına daxil edilməklə, aylıq tarıf maaşına hesablanmalıdır.

Bununla əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti (DƏMX) mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənləri xəbərdarlıq edərək, onlardan qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tələb edir. 

Məlumat üçün bildiririk ki, DƏMX tərəfindən işəgötürənlərdə əmək qanunvericiliyinin qeyd olunan tələbinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri bu müddətdə gücləndiriləcək.

Qanunvericiliyin bu tələbinə əməl olunmamasına görə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Belə ki, Məcəllədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə müvafiq məbləğlərdə cərimələrin tətbiq olunması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Qəzadan qəlpə yarası ilə qurtulan sərnişin danışdı - VİDEO

Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan sərnişin təyyarəsinin daha bir canlı şahidi danışıb.   Sfera.az xəbər edir ki, zərərçəkən bu barədə AzTv-yə d...

Azərbaycan klubunun 7 futbolçusu saxlanıldı

Birinci Liqada çıxış edən “Mingəçevir” klubunun 7 futbolçusu saxlanılıb.    Sfera.az xəbər verir ki, həmin futbolçular oyun alq...

Bayramda avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsəd...

Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kə...

Sudanın Suveren Keçid Şurasının Sədri İlham Əliyevə başsağlığı verdi

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib...

"NATO Baltik dənizində hərbi mövcudluğunu artıracaq" - Rutte

NATO Baltik dənizində hərbi mövcudluğunu artırmaq qərarına gəlib.   Sfera.az bildirir ki, bu barədə Alyansın Baş katibi Mark Rutte sosial media hesab...