ABŞ Venesuelaya yardım göndərəcək

ABŞ Venesuelaya yardım göndərəcək
ABŞ Venesuela Prezidenti vəzifəsinin müvəqqəti icraçısı Xuan Quaidonun müraciətinə uyğun olaraq, bu ölkəyə humanitar yardım göndərəcəyini açıqlayıb. 

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton "Twitter" hesabında məlumat verib. 

O, Venesuela xalqına dərmanlar, tibbi ləvazimatlar və qida məhsulları daxil olmaqla humanitar yardım ediləcəyini qeyd edib.

Bundan başqa, ABŞ dövlət katibi Maykl Pompeo da "Twitter" hesabı vasitəsilə C.Boltonun fikirlərini dəstəkləyərək Venesuela xalqına yardım göstərməyə hazır olduqlarını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ administrasiyası Venesuela xalqına yardım üçün 20 milyon dollar ayrıldığını və zəruri olanları göndərməyə hazır olduqlarını bəyan etmişdi. 

Report.az


OXŞAR XƏBƏRLƏR