İranlı general: "İsraili 3 günə məğlub edə bilərik"
Dünya
16:00 / 01.02.2019
3017
Son günlər İran və İsrail arasında gərgin olan vəziyyət bir az da gərginləşib.
Sfera.az xəbər verir ki, bu dəfə İsraillə kəskinləşən münasibətdən danışan İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Hüseyn Səlami İsrail rejimini təhdid edib.
Məşhəd şəhərində keçirilən bir konfransda çıxış edən general-mayor H. Səlami yeni bir müharibə başlayacağı təqdirdə, İsrail rejimini üç günə məğlub edəcəklərini bildirib: "Biz onlara xəbərdarlıq edirik. Əgər yeni müharibə başlayarsa, bu onların sonu olacaq". Qeyd edək ki, İran və İsrail rejimi rəsmiləri mütəmadi olaraq bir-birilərini təhdid edirlər.