PKK-dan qaçan terrorçudan şok açıqlama:”PKK daxilində savaş var”
Dünya
14:48 / 01.02.2019
3335
PKK terror təşkilatının üzvü Türkiyə Silahlı Qüvvələrinə təslim olub.
Sfera.az xəbər verir ki, 'Ruken' kod adlı terrorçu verdiyi açıqlamada terror təşkilatı daxilində parçalanma olduğunu bildirib.
”Hər gün terroçular arasında silahlı qarşıdurma olur. Dəstəmizə Suriyadan qoşulanlar artıq öz qruplaşmalarını yaradıblar. Qadınlara qarşı xüsusi amansızlıq var. Orada olan qadınları hamısı təşkilatın rəhbərləri tərəfindən mütamadi zorlanır. Oğurlanaraq dəstəyə gətirilən gənclər 3 ay müddətində təbliğat və cəzalandırma üsulu ilə PKK-çı kimi hazırlanır. Hətta bir çoxunun valideynləri uşaqları terrroçular tərəfindən girov saxlanılır. Artıq bir müddətdir ki, ərzaq və silah problemi yaşayırdıq. Dağlarda olduqca terroçuların vəziyyəti çətindir. Məhz bu səbəbdən PKK daxilində liderlər arasında ciddi fikir ayrılığı var. ”-deyə bildirib.
Qeyd edək ki, 'Ruken' kod adlı terrorçu 3 gün öncə könüllü olaraq təslim olub.