İtaliya Venesuelanın müxalifət liderini Prezident kimi tanımadı
Dünya
10:18 / 01.02.2019
2608
İtaliya xarici işlər nazirinin birinci müavini Manlio Di Stefano ölkəsinin Venesuelanın müxalifət lideri Xuan Quaidonu Prezident kimi tanımadığını və digər ölkələrin bir ölkənin daxili işlərinə müdaxilə etməsinin yolverilməz olduğunu bildirib.
"İtaliya Quaidonu tanımır, ona görə ki, biz bir qrup 3-cü ölkənin və yaxud bir ölkənin digər ölkənin daxili siyasətini təyin etməsinə qarşıyıq. Bu, daxili işlərə qarışmama prinsipi adlanır və BMT bunu tanıyıb”, - deyə İtaliya XİN rəsmisi bildirib. O, əsas məsələnin hazırda Venesuelada müharibənin qarşısını almaq olduğunu qeyd edib. Xatırladaq ki, yanvarın 23-də Venesuela paytaxtı Karakasda bu ölkə müxalifətinin keçirdiyi mitinqa zamanı müxalif parlament spikeri Xuan Quaido özünü müvəqqəti olaraq Venesuela Prezidenti elan edib. ABŞ başda olmaqla bir sıra ölkələr Quaidonu Prezidentin səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tanıyıblar. Lakin əksər ölkələr buna qarşı çıxıb.