Şəhid atasının fəryadı milyonları ağlatdı - VİDEO
Türkiyənin Qars vilayətindəki Kağızman rayonunda terrorçuların qurduqları minanın partlayışı nəticəsində şəhid düşən çavuş Ali Gökçenin yas mərasimi Osmaniyyedəki ata ocağında olub.
Evinin qarşısında duran təcili yardım maşınları ilə zabiti görən anaFadime Gökçe diz çökərək "Nə olar, "Oğlun ölmədi" deyin!" söyləyərək nalə çəkib.
Düziçi jandarm bölük komandiri, yüzbaşı Bülent Keskinsoy şəhidin Düziçi rayonundakı Ellek bələdiyyəsində yerləşən ata ocağına gedərək ata Mehmetə və ana Fadimeyə qara xəbəri verib.
65 yaşlı kəndli Mehmet Gökçe ilə onun xanımı Fadime Gökçenin evlərinin qarşısına dünən yerli vaxtla 16.30-da iki təcili yardım maşını gələrək, dayanıb.
Oğulları Ali Gökçe Qarsda xidmət etdiyindən ata və ana son günlər çox narahatdılar: axı terrorçular Qarsda da fəallaşmışdılar.
Qoca ata və ana evin qarşısında komandir Bülent Keskinsoyu görəndə hər şeyi anlayıblar, ağlayıblar.
"Oğlumu dünən yuxumda gördüm. Ağacın dibində oturmuşdu. "Qalx, oğlum" dedim. O da "Ata, heç nə olmaz, zirehli jilet var əynimdə", - söylədi. Sakitləşmədim, "Oğul, aman, sənə bir şey olmasın" söylədim. İndi də budur, şəhidlik xəbərini aldım", - dərdli ata söyləyib.
Alinin bacısı isə yüzbaşı Keskinsoyun boynuna sarılaraq: "Nə olar, qardaşımın ölmədiiyni söyləyin!" - deyərək hıçqırıb.
Gökçe ailəsinin 10 övladından biri, iki uşaq atası Ali Gökçe 2002-ci ildə Türkiyə Silahlı Qüvvələrində xidmətə başlamışdı.
Şəhid atasının fəryad etdiyi görüntülərin əks olunduğu video Türkiyədə sosial şəbəkələrdə sürətlə yayılıb. Videoya indiyədəək milyonlarla insan baxıb. //Milli.az
Sfera.az