Bu il Azərbaycanda Slovakiyanın səfirliyi açılacaq

Siyasət
18:43 / 31.01.2019
2407
Bu ilin sonunadək Azərbaycanda Slovakiya Respublikasının səfirliyi açılacaq.
"Report” bu barədə mötəbər mənbəyə istinadən xəbər verir.
Hələlik bu ölkə Azərbaycanla əlaqələrini Rusiyadakı səfirlik vasitəsilə həyata keçirir.
Qeyd edək ki, daha əvvəl Slovakiya hökumətinin Azərbaycanda səfirlik açmağı nəzərdə tutduğu bildirilmişdi.