Bloqqer BNA-nı tənqid etdi: Normal islahatlar etmək əvəzinə...

Bloqqer  BNA-nı tənqid etdi: Normal islahatlar etmək əvəzinə...

Son günlər Bakı Nəqliyyat Agentliyi haqqında kifayət qədər tənqidi matreallar yazılır. Əslində agentliyin öz işinin öhdəsindən gəlmədiyi göz önündədir. Ekspertlər bu agentliyin ləğ olunmasını təklif etməsi isə, sözsüz ki, agentliyin bəslənən ümidləri doğrultmaması ilə bağlıdır. BNA-nin  fəaliyyətsizliyi, vətəndaşlara qarşı aqressiv davranışı  barədə bu dəfə

bloqqer Bəxtiyar Hacıyev yazıb. Bloqqerin statusunu olduğu kimi təqdim edirik:

 

"Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin sədri təyin edilib, nəqliyyatda bir balaca yeniliklər edəndə sevinmişdik ki, bu sahədə normal işləyən qurum yaranıb. Amma DYP-nin bəzi səlahiyyətləri BNA-ya verildikdən sonra bu qurumun əməkdaşları DYP-nin dədəsinə rəhmət oxutdururlar. Məhkəmə rüsumlarını ancaq Kapital Bankda ödəniş etmək olur, ən yaxındakı Kapital Bank ətrafında park etməyə normal yer yoxdur, sarı jiletli biri yaxınlaşıb açarı alır, park edəcəyini deyir. 2 dəq sonra BNA əməkdaşları əllərində planşet yaxınlaşırlar, sanki, DTX əməliyyat keçirirmiş kimi maşından sürətli düşürlər, tapança əvəzinə planşetlərini qaldırırlar. Yaxınlaşıb, məsələni aydınlaşdırana qədər çəkirlər, sarı jiletli adam da qaçır, BNA əməkdaşları da. Vətəndaş qalır ortada, balansında cərimə ilə.

BNA FBI kimi əməliyyat keçirirmişcəsinə vətəndaşların dalınca qaçmaq əvəzinə, DYP-nin "cərimələ, düzələcək" xəttini daha qəddarcasına həyata keçirməkdənsə, dövlət qurumu olaraq, təmsil etdiyi dövlətin rəhbərliyinə çatdırsın ki, hər küçənin başında, ortasında, sonunda sarı jiletli adamları yığışdırsınlar, normal parkinq yerləri ayırsınlar, əgər tək-tük Kapital Bank filiallarının qarşısında park yeri yoxdursa, niyə məhz bütün rüsumlar Kapital Bankda ödənməlidir, vətəndaş bu rüsumları niyə ASAN-da, hesab.az-da, digər ödəmə portallarında ödəyə bilməməlidir ki, parkinq sıxlığı da yaransın və vətəndaş cərimələsin? BNA bu və s. köklü problemləri qaldırmaq, analiz etmək, normal islahatlar etmək əvəzinə özünə lazım olan yolu seçib. Vətəndaşlar arasında gərginliyi artırmağa, maddi vəziyyətlərinə zərbə vurmağa və hakimiyyətə nifrəti artırmağa.”



OXŞAR XƏBƏRLƏR