“Qarabağda qorxurlar ki, Paşinyan onları təslim edəcək”
Cəmiyyət
16:53 / 30.01.2019
4175
Ermənistanla Dağlıq Qarabağ separatçı rejimi arasındakı boşluq getdikcə böyüyür. Erməni analitikləri artıq açıq şəkildə deyirlər ki, Yerevan və Stepanakertin (Xankəndi) yolları ayrılır.
Belə bir ehtlmal da var ki, "Qarabağ klanı" Ermənistanda əks-inqilaba başlayır və bu inqilabi hərəkatın qərargahı məhz "DQR"də yerləşir.
Rusiyalı politoloq, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Sergey Markov virtualaz.org-un məsələ ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, Dağlıq Qarabağla Yerevan arasında həqiqətən də ciddi bir gərginliyin olduğu hiss olunur.
"Respublika Partiyası (hakim funksiyalarını itirib-red.) amilini nəzərə almaq lazımdır. "Qarabağ klanı” da var. Bu klan hazırkı baş nazir Nikol Paşinyanın "təhlükəsizlik zonası" (Dağlıq Qarabağ ətrafında erməni qüvvələri tərəfindən işğal olunmuş ərazilər-red.) daxil olmaqla, onların maraqlarını təslim etməyə başlayacağından qorxur. Və bu narazılıq, qorxu kimi, getdikcə daha da artacaq", - deyə Sergey Markov vurğulayıb.