“Beynəlxalq Bankı məhkəməyə verəcəm...” - Hacı İbrahim

“Beynəlxalq Bankı məhkəməyə verəcəm...” -  Hacı İbrahim

Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (“Bandotdel”) əməkdaşları oliqarx Hacı İbrahim Nehrəmlini yenə də saxlayaraq adıçəkilən idarəyə aparıblar. 

Sfera.az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, iş adamı Beynəlxalq Bankdan götürdüyü kreditləri ödəyə bilmədiyi üçün saxlanıb.
Yada salaq ki, “Avesta” konserninin prezidenti, iddialı “Khazar İslands” layihəsinin müəllifi olan Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də “Bandotdel” əməkdaşları tərəfindən saxlanmışdı. Onun banka 57 milyon dollar borcu var. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.
***
Hacı İbrahim Nehrəmli “Bandotdel”ə aparmaları barədə yayılan xəbərlərə aydınlıq gətirib. İş adamı anspress-ə açıqlamasında idarəyə çağrılması barədə deyilənləri əsassız adlandırıb. 
"Dünən mənim işçilərimdən bəzilərini şəxsi kredit borcları olduğu üçün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsindən çağırmışdılar. Lakin bu onların şəxsi borclarıdır. Mənimlə heç bir əlaqəsi yoxdur. Ancaq mənə də dünən axşam saatlarında “Bandotdel”- dən zəng ediblər ki, sabah səhər saatlarında gəlin görüşək. Məndə bu gün görüşmək üçün idarəyə gedəcəm".
Nehrəmli Beynəlxalq banka olan borcunu da açıqlayıb. Onun sözlərinə görə, banka ümumilikdə 450 milyon manat kredit borcu var. 
Beynəlxalq bankdan nümayəndə heyət onun 5 obyektini qiymətləndirib. "Həmin 5 obyektə bankın qoyduğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir “Bandotdel” tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram".
Xatırladaq ki, “Avesta” konserninin prezidenti, iddialı “Khazar İslands” layihəsinin müəllifi olan Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də “Bandotdel” əməkdaşları tərəfindən saxlanmışdı. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.

OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...

Hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.   Bu b...

COP29 könüllülərinə 1500 manat verilir

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.   Sfera.az “Unikal”a istinadən xəbər...

21 yaşlı qız kəskin ağciyər çatışmazlığından ÖLDÜ

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Saatlı şəhər...