Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib
13:54 / 30.01.2019
4283
Valideyn himayəsindən
məhrum uşaqlarda, eləcə də ahıllar və aztəminatlı ailələrdə göz xəstəliklərinin
müayinəsinin təşkili və profilaktikasının aparılması məqsədilə 2011-ci ildə "Azercell Telekom” MMC tərəfindən yaradılan "Mobil Göz
Klinikası” bu ilin ilk səfərini Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən
18 saylı tam orta köçkün məktəbinə edib. Yanvar ayında təşkil
olunan səfərdə 38 nəfər uşaq pulsuz göz müayinəsindən keçib. Ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eləcə
də eynəklər paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətinin 8 ili ərzində layihə çərçivəsində "Mobil Göz Klinikası” Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri bölgələrə də üz tutub, müalicəyə ehtiyacı olan şəxslərə yardım ediblər. Təkcə ötən il 33 səfər çərçivəsində 1368 nəfər müayinədən keçib ki, bunun da 975 nəfərini uşaqlar təşkil edib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.