“Paşinyanın gizli Qarabağ anlaşması…” - Sürpriz zəng İrəvanı silkələdi

“Paşinyanın gizli Qarabağ anlaşması…” - Sürpriz zəng İrəvanı silkələdi
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi telefon zəngindən danışıb.

O, bu barədə özünün Tvitter səhifəsində yazıb.

Bolton paylaşımında qeyd edib:

"Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdım. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini, təhlükəsizlik sahəsində işbirliyini və ABŞ-la qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etdik”.

Ermənistan mediası və ekspertləri Boltonun Azərbaycan dövlət başçısına zənginə xüsusi diqqət ayırıb.

Erməni mənbələr bir neçə gün əvvəl ABŞ prezidentinin müşavirinin Ermənistan Baş naziri Nikol Paşinyana zəngini xatırladır və qeyd edirlər ki, Bolton İlham Əliyevdən fərqli olaraq, erməni baş nazirlə Dağlıq Qarabağ məsələsini müzakirə etmədi:

"Bolton bir neçə gün əvvəl Paşinyana da zəng etmişdi. Lakin onunla Qarabağ məsələsini müzakirə etmədi. Görüş ümumi məsələlərin – Ermənistan-ABŞ münasibətlərinin vəziyyətinin müzakirəsi ilə yekunlaşdı. Tərəflər bölgədəki son vəziyyətlə bağlı müzakirələr aparsalar da, Əliyevdən fərqli olaraq, Bolton Qarabağ məsələsini Paşinyanla danışmaq istəməyib”.

Lakin erməni politoloq Stepan Danielyan bu barədə Paşinyana şübhə ilə yanaşır.

O, iddia edir ki, Paşinyan Boltonla Qarabağ haqda danışıb, lakin bunu cəmiyyətdən gizlədir: "Məlum zəng İlham Əliyev və Nikol Paşinyan arasında Davosda 1.5 saat davam etmiş görüşdən sonraya təsadüf etdi. Paşinyan isə iddia edir ki, amerikalı diplomatla Qarabağ məsələsini müzakirə etməyib. Bu, doğru deyil. Müzakirələrdə Qarabağ ifadəsi işlənməsə belə, bu o demək deyil ki, bu məsələ ətrafında müzakirə olmayıb. Hər halda Boltonun Davos görüşündən dərhal sonra İrəvana zəng etməsinin bir məntiqli mənası olmalıdır.

Amerika mediasının "ABŞ prezidenti” adlandırdığı Con Boltonun gözlənilməz əngi Paşinyanı sevindirə bilər. Ən azı İran məsələsi müzakirə edilməmiş olmaz. Hesab etmək olar ki, İran və Qarabağ məsələlərinin biri-birinə aidiyyəti var”.

Danielyan Paşinyanın ABŞ və Azərbaycanla gizli Qarabağ anlaşmasına getməsindən şübhələndiyini qeyd edib.Teleqraf

OXŞAR XƏBƏRLƏR

"Təyyarəyə kənar müdaxilə olub" - Rəşad Nəbiyev

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyev...

Təyyarə qəzasından sonra Bakıya gətirilmiş yaralıların son vəziyyəti açıqlandı

"Təyyarə qəzasından sonra Azərbaycana gətirilmiş bir nəfərə sabah osteosintez əməliyyatı icra olunacaq".   Sfera.az xəbər verir ki, bunu &l...

Qəzadan qəlpə yarası ilə qurtulan sərnişin danışdı - VİDEO

Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan sərnişin təyyarəsinin daha bir canlı şahidi danışıb.   Sfera.az xəbər edir ki, zərərçəkən bu barədə AzTv-yə d...

Azərbaycan klubunun 7 futbolçusu saxlanıldı

Birinci Liqada çıxış edən “Mingəçevir” klubunun 7 futbolçusu saxlanılıb.    Sfera.az xəbər verir ki, həmin futbolçular oyun alq...

Bayramda avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsəd...

Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kə...